AQEM-in iştirakçıları "ASAN xidmət"də

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) üzv dövlətlərini təmsil edən tədqiqatçılar və gənc siyasət mütəxəssisləri "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olublar.

 

“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, səfər çərçivəsində qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzləri, eləcə də burada tətbiq olunan innovativ həllər və dövlət xidmətlərinin göstərilməsi sahəsində əldə olunan nəticələr barədə ətraflı təqdimat edilib.

Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” proqramı çərçivəsində “Dünyanın ən qabaqcıl dövlət xidməti” nominasiyası üzrə xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu diqqətə çatdırılıb.

Qonaqlar həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD” publik hüquqi şəxsin və Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olublar.

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.