Nizami Cəfərov fenomeni Featured

Akademik Nizami Cəfərovun ad gününə

 

Ramiz Göyüş,

Yazıçı publisist.

“Ədəbiyyat və incəsənət”

 

Mən akademik Nizami Cəfərovun dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz, görkəmli elm adamlarımız, milli –mənəvi dəyərlərimiz, türkçülük və azərbaycanşünaslıq elmimiz haqqında, ictimai məzmun kəsb edən tədqiqatalarını, əsərlərini, məqalələrini, rəylərini, yazılarını, xülasələrini oxuduqca, söhbətlərini dinlədikcə bu qənaətə gəlirəm  ki, Azərbycan dilni sevmək üçün təkcə Vaqifi, Səməd Vurğunu, Şəhriyarı , Bəxtiyar Vahabzadəni və digərlərini oxumaq kifayət etmir. Həm də Nizami Cəfərovu oxumaq lazımdı.

 

Azərbaycan poeziyasını sevmək üçün də təkcə Nizamini, Nəsimini, Füzulini, Vaqifi, Sabiri, Səməd Vurğunu yox, həm də Nzami Cəfərovu oxumaq və öyrənmək lazımdır. Azərbaycançılıq Məfkurəsini  öyrənmək üçün, təkcə Əli Bəy bəy Hüseynzadəni, Əhməd bəy Ağaoğlunu, Həsən Bəy Zərdabini, Mizə Ələkbər Sabiri, Cəlil Məmmdquluzadəni, Abbas Səhhəti, Firudin Bəy Köçərlini, Məmməd Əmin Rəsulzadəni, Nəriman Nərimanovu, Hacı Zeynalabdın Tağıyevi, Heydər Əliyevi  yox həm də Nizami Cəfərovu oxumaq və öyrənmək lazımdır. Türk olmaq, Türkçülük elmini başa düşmək üçün təkcə Mahmud Kaşqarini, Ziya Göyalpı, Fuad Körpülünü, Mirzə Kazımbəyi, Bəkir Çobanzadəni , Tofiq Hacıyevi və digərlərini yox, həm də Nizami Cəfərovu oxumaq gərəkdir. Ona görə ki Nizami Cəfərov adlarını sadaladığım şəxsiyyətlərin, yaradıcı ziyalıların, mütəfəkkirlərin düşüncəsini, mübarizəsini və mücadiləsini, həm də müsir elm adamlarının yazıçıların, şairlərin, ziyalıların, ictimai fikir sahiblərinin tədiqatlarını, əsərlərini, yaradıcılıqlarını öz əsərlərində, çıxışlarında, müsahibələrində və  söhbətlərində bizim başa düşəcəyimiz bir forma və məzmunda, mətndə bizə izah edir. Nizami Cəfərovun yaradıçılığı, məqalələri, əsərləri ilə tanış olduqca, fəaliyyətini izlədikcə, davranışlarını müşahidə etdikcə ilk baxışdan cox sadə, səmimi, koloritli, görünən bu qeyri-adi şəxsiyyətin, nə qədər milli düçüncəyə, dərin təfəkkürə, dərin məna kəsb edən ifadə tərzinə və məntiqə sahibi olduğunu  hər addımda, hər  kəlmədə, hər cümlədə, hər təmasda hiss edirsən. O, akademik düşüncə tərzinə, akdemik ifadə tərzinə, akademik sirayətetmə qabiliyyətinə malik fenominal şəxsiyyətdir.

Nizami Cəfərov Azərbaycan dilinin təcəssümündə, Azərbaycan ədəbiyyatşünaslıq elmində, türkologiya elmində hadisədir, Nizami Cəfərov Aərbaycanın ədəbi-mədəni-fəsəfi-ictimai fikir tarixində hadisədir.

Hörmətli Nizami müəllim! Ad gününüzü səmimiyyətlə və ən xoş arzularla təbrik edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(21.09.2026)

 

                                                                                                                                     

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.