Azərbaycanın Avropa arenasındakı növbəti bayraqdarı-Sabah FK Çempionlar Liqasının əsas mərhələsində
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
İndi hər bir kəs arzu edir ki püşkatmada bizə - yəni bizim “Sabah”ımıza iki dişsiz rəqib, bir də bir futbol qrandı düşsün. Ya “Real”, ya “Barselona”, ya “Mançester Siti”, ya PSJ, ya da “Bavariya”...
Həm futboldan ləzzət alaq, həm də növbəti mərhələyə çıxaq!!!
Bəli. 2026/27 UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatması bu gün - 27 avqust 2026-cı il, cümə axşamı keçiriləcək. Məkan: Monako, Grimaldi Forum. Zaman 18:00, Bakı vaxtı ilə 20:00.
36 komanda püşkatmada iştirak edəcək. Hər komanda 8 fərqli rəqiblə qarşılaşacaq: 4 evdə, 4 səfərdə. İlk oyunlar 8–10 sentyabr 2026 tarixlərində başlayacaq.
Çərşənbə axşamı yaşadığımız hisslər uzun müddət xalqımızın və futbol ictimaiyyətimizin yadından çıxmayacaq. Təmsilçimiz “Sabah” klubu UEFA Çempionlar Liqasının play-off mərhələsinin cavab matçına çıxırdı. Rəqib isə İsrail təmsilçisi "Hapoel” Beer-Şeva idi. İlk oyunda rəqibinə minimal hesabla məğlub olan təmsilçimizə cavab oyunu öncəsi ümidlər böyük idi. Məğlub olsaq belə Avropa arenasında mübarizəni davam etdirəcəyimizi -Avroliqanın qrup mərhələsində oynayacağımızı nəzərə alsaq, bu, matçın əhəmiyyətini 1-ə 5 artırırdı.
Gəlin o anlara bir daha qayıdaq.
Hərçənd matça komandamız elə də ürəkaçan formada başlamadı. Qapıçımız Stas Pokatilovun rəqibə etdiyi "asistlə" ilə geriyə düşən “Sabah” silahı yerə qoymadı və ilk hissənin sonuna qədər hesaba tarazlıq gətirərək ümumi hesabdakı bir top fərqi qorumağı bacardı. İkinci hissədə təzyiqi artıran “Sabah”ın önünü yenə öz qapıçımız kəsdi. Adi vəziyyətdə yenə rəqibə "asisti" ilə yadda qalan Pokatilov azarkeşlərimizində qəzəbindən yan keçmədi.
Yeri gəlmişkən, bu cür səhvləri “Qarabağ”ın qapıçısı Şahruddin buraxırdı. Təsadüfi deyil ki, elə oyun hələ bitməmiş sosial şəbəkədə Pokatilovun fotosuna Şahruddinin saqqalınabənzər saqqal yapışdırıb altından da Şahruddin Pokatilov yazmışdılar...
1:2 hüsabından sonra ümumi hesabda 2:4 geriyə düşmüşdük və ümidsizliyə yuvarlanmışdıq. Hər kəs cütün taleyinin böyük ölçüdə həll olduğunu düşündüyü bir vaxtda komandamızın növbəti qolu paytaxtımızın mərkəzi arenası olan Tofiq Bəhramov adına Respublika stadionuna toplaşan azarkeşlərimizi ümidləndirdi. Bərabərlik qolu İsrailli futbolçuları necə tərlətmişdisə maçtı künc bayrağının yanında yekunlaşdırmağa can atırdılar. Ancaq biz hələ son sözümüzü deməmişdik. 90+4-cü dəqiqədə künc zərbəsindən ötürülən topu saxlamadan qapıya göndərən Tellur Mütəllimov dilxorçuluğa doğru gedən gecəmizə rəng qataraq cütün taleyini əlavə vaxtda daşıdı. Əlavə vaxtda da üstün oyun nümayiş etdirən təmsilçimiz final fiti səslənəndə ümumi hesabda 6-4 qalib gələrək tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turniri olan Uefa Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı.
İndi azarkeşlərimizin ağlında bir sual var. Hələ ötən mövsüm Avropanın TOP-5 klublarına baş ağrısı olan “Qarabağ”ın uğurlu dərəcəsini “Sabah” yeniləyə biləcəkmi?
Əgər həqiqətən belə bir hədəf varsa yeni bir qapıçı axtarışına çıxmalıdı. Əks halda Pokatilovun növbəti "asist" edəcəyi futbolçu ya Lamin Yamal, yada Kiryan Mbappe, ya da bir başqa ulduz futbolçu olacaq.
Hələliksə təbriklər, “Sabah”, təbriklər AZƏRBAYCAN!
Sonda onu da deyək ki, müasir futbol ildırımsürətli hücum qurmağı bacaranların futboludur. Və “Sabah” məhz ona görə ümidləndirir ki, bu komanda meydançanın mərkəzini 1-2 ötürmə ilə keçir.
Tanınmayan oyunçuların litvalı baş məşqçi tərəfindən qurulan ansamblı indi qitənin diqqət mərkəzindədir. Futbolçuların qiyməti qalxacaq, onlara elçi düşənlər peyda olacaq, klubun büdcəsinə qrup mərhələsində iştiraka görə milyonlar gələcək.
Bir sözlə, hər şey gözəldir.
“Ədəbiyyat və incəsənət”
(27.08.2026)


