Məşhurluq, var-dövlət və cinayət işi – HÜSEYN HƏSƏNOV BARƏDƏ Featured

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

O Rusiyada da, Azərbaycanda da çox məşhurdur. Gənc, perspektivli və zəngin. İnsana daha nə lazımdır ki? Amma səbr edin. Qazandıqlarını qorumaq şox vacibdir. Bəzən illərdə qazandıqlarını bircə gündə itirə bilərsən.

Sizə Azərbaycan əsilli rusiyalı video bloger Hüseyn Həsənovdan danışıram. O Hüseyn Həsənovdan ki, 5 iyun 1994-cü ildə Sankt-Peterburqda anadan olub. Və bu gün onun doğum günüdür.

 

Məktəbi bitirdikdən sonra Hüseyn Sankt-Peterburq Dövlət İqtisad Universitetinə daxil olub, 2015-ci ildə oranı bitirib. Həmin il xəstə olan atası Hüseynə restoran biznesini təhvil verib. Etiraf edir ki, çətin olub, hətta bezdirici olub. Amma tədricən alışıb və bacarıb.

Təhsil aldığı müddətdə KVN-də çıxış edirdi, bundan sonra Hüseyn Həsənov videolar yaratmağa və bloqunu davam etdirməyə başlayıb. 2017-ci ildə "İlin Kişi Bloqeri" nominasiyasında LF City Awards mükafatına layiq görülüb.

2018-ci ildə Cosmopolitan-a görə Runet-də ən nüfuzlu 10 insan sırasına daxil olub. Elə həmin il Hüseyn Həsənov MC Doni və Lucy Chebotina-nın "Randevu" treki üçün çəkilmiş klipində rol alıb. İnstaqramda baxış sayına görə də rekord vurub, blogerin videosuna 12 milyondan çox izləmə olub. 

 

Sonra o, " Əhval rəngim mavi" mahnısına parodiyasını - " Əhval rəngi qırmızı" buraxmağa qərar vermiş, 2019-cu ildə "10 Lyam", Natan ilə "Seç" və Sally & Tabby ilə "Baş sənlə dolu" adlı treklərini, 2020-ci ildə "Sən yox" mahnısını buraxmışdır. Həsənov həm də biznes bacarıqlarının öyrədilməsi üzrə “Milyonerin ağlı” kursunun müəllifi kimi də tanınır.

 

Hüseyn Həsənovun iştirak etdiyi musiqi klipləri

 

1. DONI və Lusya Çebotina - "Görüş"

2. Natan - "Mənə sevgini göstər"

3. Klava Koka - "MDK-ya aşiq (Kişi versiya)"

4. Anet Sey - "Güvə"

 

Anons vermişdim axı. Hüseynlə bağlı xoşagəlməzliklər var. O, 2025-ci ilin may ayında çirkli pulların yuyulması ilə bağlı cinayət işinə görə Rusiyada axtarışa verilib. Gizlincə adına olan hər şeyi, xüsusən milyardçı “Banda Fuds” Səhmdar Cəmiyyətini sataraq ölkədən çıxmağa müvəffəq olub. Hazırda Rusiya onun ovu ilə məşğuldur, o isə gərək ki, ABŞ-dədir. Bax belə. Allah köməyi olsun deyək.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.