Everest zirvəsinə qalxan ilk azərbaycanlı qadın Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Opponnenetlərim mənimlə mübahisə edə bilərlər ki, alpinistin mədəniyyət portalına nə dəxli. Dəxli var. Çünki mədəniyyət yeganə təmrindir ki, bütün digərlərinin tərkibində özünü göstərir. Nəzakət, əxlaq, davranış qaydaları hər bir sahədə dominantlıq təşkil etdiyindən, bunlar da yüksək dərəcəli mədəni insan kateqoriyasına aid olduğundan, mədəniyyətin rolu hədsiz və danılmazdır.

Beləliklə, alpinist mədəniyyəti...

 

Everest zirvəsinə qalxan ilk azərbaycanlı qadın Elmira Aslanova 1982-ci il 3 iyun tarixində anadan olub. 1989-cu ildə ailəsi ilə birlikdə Ukraynanın Luqansk vilayətinin Karpovo-Krepenko kəndinə köçmüşdür. Bir il sonra ailəsi bu dəfə Sverdolvsk (indiki Doljansk) şəhərinə köçməli olub.

2000–2005-ci illərdə Elmira Aslanova Xarkov Milli V. N. Karamzin Universitetində təhsil alıb və ingilis, alman dilləri üzrə filoloq, tərcüməçi, həmçinin ingilis dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnib.

Elmira Aslanova alpinist fəaliyyətinə 2018-ci ildə Nepalda Torong-La (5416 m) aşırımından keçməklə trekking yürüşü ilə başlayıb. Daha sonra Tibetə səfər edərək 5600 m hündürlükdə yerləşən Kailas dağının ətrafında koranı tamamlayıb.

 

Əsas yüksəlişləri

- Kailas dağı, Dolma La aşırımı (Çin, 05.2018) — 5600 m

- Ağrı dağı (Türkiyə, 10.2020) — 5165 m

- Kazbek (Gürcüstan, 07.2021) — 5033 m

- Kilimancaro (Tanzaniya, 11.2021) — 5895m

- San-Fransisko (Çili, 01.2023) — 6018 m

- Ojos-del-Salado (Çili, 01.2023) — 6893 m

- Akonkagua (Argentina, 02.2023) — 6960.8m

- Everest (Çin–Nepal, 19.05.2023) — 8848.86 m

- Bazardüzü (Azərbaycan, 31.07.2023) — 4466 m

- Şahdağ (Azərbaycan, 17.09.2023) — 4243m

 

8 avqust 2025-ci ildə – Dünya Alpinizm Günündə Elmira Aslanovanı Everest zirvəsinə aparan yoldan bəhs edən "Arzunun dalınca" sənədli filmi təqdim olunub. Film FICTS kinofestivalında Documentary – Individual Sport kateqoriyasında qalib olub.

25 dekabr 2025-ci ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Elmira xanım “Tərəqqi” medalı ilə təltif olunub.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.