“Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti”ndə Qafqaz TV və Çölçü içtimai birliyi də iştirak edib

 

22 may 2026-cı il tarixində Qubada keçirilən “Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti”ndə Qafqaz TV Müstəqil Televiziya və Radio Şirkəti informasiya tərəfdaşı olaraq iştirak etmişdir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin, MÜSİAD Azərbaycan, TECHERA və Quba İş Adamlarına Dəstək – QİAD Platformasının birgə təşkilatçılığı ilə keçirilən sammitdə regionlarda biznesin inkişafı, rəqəmsallaşma, innovasiya və yeni əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

Tədbirdə Qafqaz TV Müstəqil Televiziya və Radio Şirkətinin rəhbəri Eltən Qədimbəyli, eyni zamanda Çölçü İctimai Birliyi rəhbəri kimi iştirak etmiş, keçirilən görüşlər və müzakirələrdə media, regional inkişaf və ictimai əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparmışdır.

Sammit çərçivəsində təşkil olunan “Regional Expo Quba 2026” sərgisində də Qafqaz TV Müstəqil Televiziya və Radio Şirkəti və Çölçü İctimai Birliyi olaraq iştirak edilmiş, media, tanıtım, yaradıcılıq və ictimai fəaliyyət istiqamətində təqdim olunan xidmətlər sərgi iştirakçılarına nümayiş etdirilmişdir.

Sərgi boyunca sahibkarlar, iş adamları, startap nümayəndələri və müxtəlif qurumlarla yeni əməkdaşlıq imkanları ətrafında görüşlər keçirilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(25.05.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.