Səyyar ASAN xidmət Gürcüstanda soydaşlarımıza xidmət göstərəcək

 

5-7 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində Səyyar ASAN xidmət fəaliyyət göstərəcək. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Təşəbbüs çərçivəsində Azərbaycan vətəndaşlarına aşağıdakı xidmətlər göstəriləcək:

-şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

-sürücülük vəsiqələrinin dəyişdirilməsi

-məhkumluq barədə arayışların verilməsi

Elektron Növbə Portalı vasitəsilə (https://appointment.mfa.gov.az/az) əvvəlcədən növbə götürməklə xidmətlərdən yararlanmaq mümkündür. Növbə götürmək üçün portalda Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyini seçərək 5, 6 və 7 iyun tarixlərinə uyğun xidmət növünü qeyd etmək lazımdır.

Zəruri sənədlərin siyahısı aşağıda qeyd edilən linkdə mövcuddur.  Sənədləri natamam olan müraciətlərə baxılmayacaq.

https://diaspor.gov.az/pdf/01052026/info.pdf

Vətəndaşlardan növbə vaxtından ən azı 15 dəqiqə əvvəl səfirlikdə olmaları xahiş olunur.

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.