İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
2001-ciildə DünyaAzərbaycanlıları Konqresinin İsveçinMalmo şəhərində keçirilənVqurultayınıniştirakçıları sırasında güneyli soydaşımız Qulamrza Səbri Təbrizi də var idi.HəminilDünyaAzərbaycanlılarınınBakıdakeçirilənqurultayındao, məruzə ilə çıxış etmiş, DünyaAzərbaycanlıları Əlaqələndirmə Şurasınınsədrmüaviniseçilmişdi.
Bu gün bu dünya miqyasında tanınan ünlü alimin anım günüdür...
Qulamrza Səbri Təbrizi 1934-cü il martın 21-də İranın Təbriz şəhərinin Şəkili məhəlləsində anadan olub. Atası Hacı Məhəmmədəli xalça fabrikinin sahibi idi. Burada 1940-1944-cü illərdə ibtidai dini məktəbi, sonra 1944-1953-cü illərdə Məhəmmədiyyə, Nizami və Firdovsi mədrəsələrini bitirib. O, 1953-1958-ci illərdə Təbriz Universitetinin Fars, ingilis dili və pedaqogika fakültəsində təhsilini davam etdirib.
Qulamrza Səbri Təbrizi tələbəlik illərində orta məktəblərdə müəllim kimi fəaliyyət göstərməklə yanaşı, 1956-1958-ci illərdə Amerikanın İrandakı hərbi idarəsində tərcüməçi olaraq çalışıb. 1958-ci ildə İstanbul şəhərində Bayazid Universitetinin İngilis dili və ədəbiyyatı fakültəsində magistr qəbul olub, lakin ölkədəki mürəkkəb durumla bağlı təhsilini yarımçıq qoyub Təbrizə qayıdıb.
Daha sonra 1959-1963-cü illərdə isə London Universitetinin Kinqs kollecində magistr təhsili alıb. Qulamrza Səbri Təbrizi 1960-1963-cü illərdə London BBC radiostansiyasında Şərq və Orta Asiya üzrə ədəbi və siyasi icmalçı, həm də "Nəzər saatı"nın aparıcısı kimi fəaliyyət göstərib.
Təbrizi 1963-1969-cı illərdə Edinburq Universitetinin İngilis dili və Ədəbiyyatı Departamentinə doktoranturaya daxil olub, "Vilyam Bleykin dialektik fikirləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi alıb. Bu müddətdə Edinburq Universitetinin Şərqşünaslıq İnstitutunda, eləcə də dünyanın bir sıra ali məktəblərində məruzələrlə çıxış edib.
O, İran İslam İnqilabı dövründə Təbrizdə elmi-pedaqoji və siyasi fəaliyyətini davam etdirib. Qulamrza Səbri Təbrizi burada din xadimlərinin təqibinə məruz qaldığı üçün Böyük Britaniyaya qayıdıb və 1978-1995-ci illərdə televiziya şirkətlərində icmalçı olub. Təbrizi 1989-1990-cı illərdə Məhəmmadəli Mahmudla birlikdə türk və fars dillərində "Odlar ölkəsi" adlı aylıq qəzet nəşr etdirib.
O, həmçinin 1995-ci ildə Edinburq Universitetində akademik məsləhətçi olub. 1997-2003-cü illərdə Azərbaycanın ali məktəblərində XIX-XX əsrlər ingilis ədəbiyyatı, Şekspir və Bleykin yaradıcılığı mövzusunda mühazirələr oxuyub. Qulamrza Səbri Təbrizi bədii yaradıcılığa tələbəlik dövründən başlayıb. Onun elmi-kütləvi məqalələri, şeirləri, müsahibələri ingilis, türk, rumın dillərində çap olunub.
London və Nyu-Yorkda "Vilyam Bleyk cənnəti və cəhənnəmi" (1973) adlı monoqrafiyası, burada və Nyu-Yorkda 1989-cu ildə "İran: bir uşağın xatirəsi, böyüyün xatirəsi" kitabı ingilis dilində çap olunub.
Əsərləri
- Vətən həsrəti
- Mənimikidünyam
- Fikir dalğaları
- Həyat fəlsəfəsi
- Baxışlar, düşüncələr, arzular
- Sönməz ocaq
- Ümid çırağı
- Seçmə şeirlər
- Qürbət harayı
- Xudafərin
- Pozulmuş dünya
- Sahilsiz dəniz
- Səssiz haray
- Xatirə mahnılar
- Körpü
Mükafatları
- 1997-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun fəxri professoru seçilib
- 2003-cü ildə Kipr, Balkanlar və Avrasiya Türk Ədəbiyyat Qurumunun Türk dilinə xidmət ödülünə layiq görülüb
Qulamrza Səbri Təbrizi 8 may 2020-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(08.05.2026)


