"ASAN xidmət" modeli əsasında indi də Çağrı mərkəzləri təkmilləşdiriləcək Featured

HƏR YERDƏ ASAN, HƏR ZAMAN ASAN!

 

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycanın ən böyük uğurlarından biri də ASAN brendidir, buna yəqin ki, heç kəs şübhə etmir. Ölkənin ən müxtəlif strukturları bir yana, hətta xarici ölkələr də həyatı asanlaşdıran ASAN modelinə daim maraq göstərməkdə,  müraciət etməkdədirlər. Və budur, yenə də ASAN kömək əli uzadır. Bu dəfə, çağrı mərkəzləri olmayan qurumlara.

 

Bildiyiniz kimi, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 4.10-cu bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 aprel tarixli 113 nömrəli Qərarı qəbul edilib. Qərarla Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli Qərarında dəyişiklik edilib, çağrı mərkəzi mövcud olmayan dövlət orqanlarında çağrı xidmətlərinin təşkili nəzərdə tutulub.

Belə ki, ölkə üzrə çağrı mərkəzlərinin fəaliyyəti ümumi tələblər əsasında təkmilləşdiriləcək, çağrı mərkəzi olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının xidmətləri mərkəzləşdirilmiş qaydada “ASAN xidmət”in çağrı modeli əsasında “108” Çağrı Mərkəzi vasitəsilə göstəriləcəkdir.

ASAN-dan aldığımız məlumata görə, qərarın icrası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən çağrı mərkəzi olmayan 84 mərkəzi və yerli icra hakimiyyəti orqanının, həmçinin müvafiq müraciət olduqda digər dövlət qurumlarının çağrı xidmətləri “108” Çağrı Mərkəzi vasitəsilə təmin ediləcəkdir.

İşlərimizi asanlaşdıran ASAN, nə yaxşı ki varsan!

 

“Ədəbiyyat və incəsənət”

(24.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.