Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
“BDU könüllüləri” təşkilatının Jurnalistika fakültəsi üzrə könüllülərinin təşkilatçılığı ilə “MediaPulse” təcrübə proqramının növbəti görüşü baş tutub. Görüşün qonağı radio və televiziya aparıcısı Rauf Şirinov olub.
Tədbiri açıq elan edən Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu qonağın peşəkar fəaliyyəti haqqında məlumat verərək, bu cür görüşlərin tələbələrin praktik biliklərinin artırılmasında mühüm rol oynadığını vurğulayıb.
Rəsmi hissədən sonra tədbir Rauf Şirinov ilə tələbələr arasında səmimi və interaktiv müzakirə şəraitində davam edib. Görüş zamanı aparıcı televiziya və radio sahəsindəki təcrübəsini bölüşüb, canlı yayımlar, media mühiti və peşənin incəlikləri barədə ətraflı danışaraq tələbələrin suallarını cavablandırıb.
Sonda Rauf Şirinov gənclərə daim öz üzərlərində çalışmağın, təcrübə qazanmağın və seçdikləri sahəyə maraq göstərməyin vacibliyini vurğulayaraq onlara uğurlar arzulayıb.
“Ədəbiyyat və incəsənət”
(23.04.2026)


