“ASAN müraciət” informasiya sisteminə 100-cü qurum inteqrasiya olundu

 

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi də “ASAN müraciət” informasiya sisteminə inteqrasiya olunub. Bununla da  sistemin iştirakçı qurumlarının sayı 100-ə çatıb. Bu mühüm mərhələ sistemin əhatə dairəsinin genişlənməsi və funksionallığının daha da gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Yeni inteqrasiya nəticəsində artıq “ASAN müraciət” informasiya sistemi vasitəsilə açıq məkanlarda yerləşdirilən reklamlarla bağlı da müraciətlər ünvanla biləcək. İstifadəçilər aşağıdakı istiqamətlər üzrə müraciətlərini rahatlıqla təqdim edə bilərlər:

 

* Qanunsuz reklam yerləşdirilməsi

* Qəzalı və təhlükəli reklam daşıyıcıları

* Dil və məzmun pozuntuları

* Müddəti bitmiş reklamlar

* Səs-küy və işıq çirkliliyi

* Estetik normaların pozulması

 

Bu yenilik şəhər mühitinin daha təhlükəsiz, nizamlı və estetik baxımdan cəlbedici olmasına töhfə verir.

 

Vətəndaşlar “ASAN müraciət” informasiya sistemi vasitəsilə ictimai əhəmiyyət daşıyan problemlərlə bağlı müraciətlərini operativ şəkildə təqdim edə bilərlər. Daxil olan müraciətlər “ASAN müraciət” informasiya sisteminin əməkdaşları tərəfindən aidiyyəti qurumlara yönləndirilir.

 

Əlavə məlumat üçün vətəndaşlar 9108 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.