“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə Ağdam Heydər Əliyev Mərkəzində "CareerLAB" şəbəkəsi baş tutub.
“Təhsil idarəçiliyində psixoloji yanaşmalar və effektiv metodlar” mövzusunda keçirilən panel müzakirəsində panelistlər qismində Dövlət İmtahan Mərkəzi Bərdə Regional Bölmənin müdiri Vüsal Cəfərov, Ağdam Dövlət Peşə Təhsil Mərkəzi PHŞ-nin direktoru Xanım Əliyeva və Psixoloq, Psixi Sağlamlıq təlimçisi Nəsimi Qiyasov iştirak edib.
Panel müzakirəsində “Gənclərin inkişafında təhsil sisteminin rolu”, “Təhsil metodikasında innovativ modellər və praktiki tətbiq mexanizmləri”, “Təhsildə emosional tənzimləmə və effektiv qərarvermə” mövzuları ətrafında bir sıra önəmli fikirlər səsləndirilib.
Çıxışların sonunda gənclərin sualları spikerlər tərəfindən cavablandırılıb. Layihənin məqsədi gənclərin təhsil aldıqları ixtisas barədə məlumatlılığının artırılması, gənclərin karyera planlamasına dəstək göstərilməsi və onların şəbəkələşməsini təmin etməkdir.
Qeyd edək ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və üzv təşkilatları, həmçinin ali təhsil müəssisələrinin karyera mərkəzləri “CareerLAB” şəbəkəsinin tərəfdaşlarıdır.
“Ədəbiyyat və incəsənət”
(11.04.2026)


