“ASAN xidmət” “Təchizat Zəncirində Süni İntellekt” mövzusunda təlim reallaşdıracaq

 

 

25 aprel 2026-cı il tarixində ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən  “Təchizat Zəncirində Süni İntellekt” mövzusunda interaktiv təlim proqramı təşkil olunacaq. 

“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, proqram müasir biznes mühitində süni intellekt texnologiyalarının təchizat zənciri proseslərinə inteqrasiyasını əhatə edir və bu sahədə fəaliyyət göstərən rəhbər şəxslər, menecerlər və mütəxəssislər üçün nəzərdə tutulub. 

6 saatlıq intensiv proqram çərçivəsində iştirakçılara təchizat zəncirində ən kritik problemlər və onların süni intellekt əsaslı həll yolları təqdim olunacaq. Eyni zamanda tələb proqnozlaşdırması, inventar optimallaşdırması və logistika planlaması üzrə müasir yanaşmalar izah ediləcək. 

Risklərin qabaqcadan aşkarlanması və operativ qərarvermə üzrə praktik yanaşmalar beynəlxalq real keyslər əsasında təqdim olunacaq. İştirakçılar bu yanaşmaları tətbiq edərək 90 günlük pilot layihə planlarının hazırlanması, “quick-win” strategiyalarının müəyyənləşdirilməsi, investisiya effektivliyinin (ROI) qiymətləndirilməsi və risk analizinin aparılması üzrə əsas bacarıqları interaktiv sessiyalar vasitəsilə mənimsəyəcəklər.

Təlim Türkiyədən dəvət olunmuş, təchizat zənciri və rəqəmsal transformasiya sahəsində geniş beynəlxalq təcrübəyə malik ekspert tərəfindən təqdim olunacaq.

Əsas məqsəd şirkətlərdə məlumat əsaslı qərarvermə mədəniyyətinin formalaşdırılması, süni intellekt texnologiyalarının effektiv tətbiq sahələrinin müəyyənləşdirilməsi və biznes proseslərində rəqəmsal transformasiyanın sürətləndirilməsidir. 

Yer sayı məhdud olduğundan erkən müraciət edənlərə üstünlük verilir. 

 Qeydiyyat  üçün keçid:  https://forms.gle/Pf58TAGm9qjX7LcA8

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.