Bir tamaşaçının gözündə Rasim Balayev Featured

Aynur İsmayılova,

Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Rasim Balayev mənim ən sevdiyim aktyor idi. O sadəcə bir aktyor deyildi. Mən onu ilk dəfə “Nəsimi” filmi ilə tanıdım və sevdim. Heyrətlə izləmişdim. Hər şey o qədər mükəmməl idi ki, nə bir çatışmazlıq, nə bir artıq detal hiss olunurdu…

 

Onun səsində, baxışlarında, duruşunda bir ağırlıq vardı ki, insanı tam başqa yerlərə aparırdı. O sadəcə oynamırdı, yaşayırdı. Həmin gündən onun rol aldığı başqa filmləri də izlədim: “Babək”, “Dədə Qorqud”, “Qanlı Zəmi” və daha bir çox ekran işləri. Hər obrazda sanki tarix danışırdı, sanki o dövrü yenidən yaşayırdı və yaşadırdı. Oynadığı hər rolun haqqını vermək hər aktyora nəsib olmur. Rasim Balayev məhz həmin aktyorlardan idi ki, təkcə oynadığı rollara yox, yaratdığı o dərin təsirlə yaddaşlarda qaldı.

 Mən nə aktyoram, nə rejissor, nə də film mütəxəssisi. Sadəcə bir tamaşaçıyam. Amma bu sadə baxış belə onun sənətinin mükəmməlliyini hiss etməyə kifayət etdi. Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.