Ölüm saçan yol Featured

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

  

Sakitcə oturmuşdum, maşının pəncərəsindən çöldəki mənzərəni seyr edirdim. Yaşadığım yer bir pəncərənin güzgüsündə əks olunacaq qədər kiçikdir. Ancaq içinə sığmayan bir doğmalıq var ki, hər addımda, hər nəfəsdə mənimlədir.

 

Bu an nəfəsimin daraldığını hiss etdim. Gördüyüm mənzərə qarşısında donub qalmışdım. Nə deməyə bir söz, nə də baxışlarımı gizlətməyə cəsarətim var idi. Eşitdiyim yeganə şey təcili yardım və “Yolu bağlamayın!” deyən polis əməkdaşlarının səsi idi. Bir dəqiqədə gördüklərim isə bir səhifəyə sığmayan hekayə qədər çox idi.

O gün anladım ki, bəzi yollar insanı uzaqlara aparır, geri dönməsi mümkün olmayan uzaqlara

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.