Bülbülün Memorial Muzeyi 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş videoçarx təqdim edib

 

Bülbülün Memorial Muzeyi Azərbaycan Milli Konservatoriyasının nəzdində incəsənət gimnaziyasının birgə təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş videoçarx hazırlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalına muzeydən verilən məlumata görə, videoçarxda İncəsənət gimnaziyasının 9-cu sinif şagirdi Quluzadə Məhəmməd (müəllim Şəfiqə Məmmədova) skripkada görkəmli bəstəkar Azər Rzayevin

 "Violin və orkestr üçün 1 saylı konsertin 2-ci hissəsi"ni ifa edib. 

İfaçını fortepianoda Züleyxa Usubova müşayiət edib. 

Videoçarx 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ehtiramın, milli yaddaşın və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin nümunəsidir.

Qeyd edək ki, operator Kənan Vəliyevdir.

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.