Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portralının Qarabağ təmsilçisi
“Ağdam ziyalıları” rubrikasında haqqında söhbət açacağım növbəti ziyalı mərhum Vaqif Zeynalovdur.
Zeynalov Vaqif Abdulla oğlu 1 aprel 1956 cı ildə Ağdam rayon Xındırıstan kənd ərazi nümayəndəliyinin Birinci Yüzbaşılı kəndində anadan olmuşdur. O,1 sentyabr 1962 ci ildə 1ci sinfə qəbul edilmişdir və 1970 ci ildə Paşabəyli kənd 8-illik məktəbini “Fərqlənmə” şəhadətnaməsi ilə bitirmişdir.
1970-1974 cü illərdə Məşədi Əzizbəyov adına Şuşa Beynəlmiləl Pedaqoji Məktəbinə qəbul olmuş və həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir və 1974-1975 ci illərdə təyinatla Zərdab rayonunun Otmanoba kənd 8 illik məktəbinə ixtisası üzrə müəllim təyin edilmişdir.
O,1975-1977-ci illərdə keçmiş sovet ordusunda həqiqiq hərbi xidmətini yerinə yetirmişdir, 1978-1983 cü illərdə V.İ.Lenin adına Qırmızı əmək Bayrağı ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və coğrafiya ixtisası üzrə tam kursu bitirmişdir.
Zeynalov Vaqif Abdulla oğlu 1983 cü ildə Ağdam rayon Paşabəyli kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmiş, sonra həmin məktəbdə təşkilati işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir və 1990-cı ildə yaşadığı kəndlə məktəb arasında məsafənin uzaq olmasına görə kiçik yaşlı uşaqlar çətinlik çəkməsin deyə rayon təhsil şöbəsində Birinci Yüzbaşılı kəndində İbtidai məktəbin açılması haqqında təklif vermişdir. 1991-ci ildə Vaqif müəllimin təklifi qəbul olunmuş və Birinci Yüzbaşılı kənd ibtidai məktəbi yaradılaraq, həmin məktəbə direktor vəzifəsinə təyin edilmişdir.
Vaqif müəllimin rəhbərliyi ilə Birinci Yüzbaşılı ibtidai məktəbi 2002-ci ildən ümumi orta, 2008-ci ildən tam orta məktəb kimi fəaliyyət göstərmişdir.
O, 1999-cu ildən 2014-cü ilədək fəal ziyalı kimi seçkilərdə iştirak etmiş, ardıcıl olaraq üç dəfə Xındırıstan kənd bələdiyyəsinə üzv seçilmişdir.
Vaqif müəllim həm də gözəl ailə başçısı olmuşdur. Onun həyat yoldaşı Zeynalova Umleyla Şahlar qızı Ali təhsilli müəllimədir və 30 ilə yaxın Birinci Yüzbaşılı kənd uşaq bağçası-körpələr evinin müdiri vəzifəsində işləmişdir. Ali təhsilli üç övladı var.
Vaqif Zeynalov müəllimlik fəaliyyəti ilə yanaşı yaşadığı ərazidə abadlıq quruculuq işlərinin görülməsində fəal iştirak etmişdir. O, kənddə icma yaradaraq xarici şirkətlərin dəstəyi ilə işıq transfarmatorunun qurulması, kəndarası yolların təmir olunması, xeyir-şər evinin tikilməsi, kənd uşaq bağçasının əsaslı təmirinə nail olmuşdur.
Öz ziyalı nüfuzu ilə rayon ictimayət arasında tanınmışdır.
Zeynalov Vaqif Abdulla oğlu 05 aprel 2014-cü ildə vəfat etmişdir. Vaqif müəllimin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun.
“Ədəbiyyat və incəsənət”
(22.01.2026)


