"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyi "Sərhədsiz sənət" layihəsini təqdim edib

"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyi ölkənin mədəni həyatında mühüm hadisə olacaq yeni — "Sərhədsiz sənət" layihəsinə start verib. Layihənin məqsədi Azərbaycan mədəniyyətinin sərhəd tanımayan gücünü nümayiş etdirmək və peşəkar sənətkarlarla gənc nəsil arasında birbaşa dialoq platforması yaratmaqdır.

 

 

“Ədəbiyyat və incəsənət” portalına İctimai Birlikdən verilən məlumata görə,

layihə çərçivəsində keçirilən tədbirin ilk qonağı tanınmış dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyev olub.

Yanvarın 14-də Şəhriyar adına mədəniyyət mərkəzində "Maestro ilə dialoq" adı altında keçirilən bu ilk görüşdə musiqinin universal dili vasitəsilə sərhədlərin necə aşılması, klassik sənətin müasir dünyadakı rolu və uğura gedən sənətkar yolunun pərdəarxası məqamları müzakirə olunub. Tədbir iştirakçıları maestronun zəngin yaradıcılıq təcrübəsi ilə tanış olaraq, onları maraqlandıran suallara cavab tapmaq imkanı qazanıblar. 

 

"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyindən bildirir ki, "Sərhədsiz sənət" layihəsi müxtəlif sənət sahələrini əhatə edərək, cəmiyyətdə mədəni maarifləndirmə missiyasını davam etdirəcək.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.