Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün
Ötən gün "Şərəf" ordenli yazıçı, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, nasir, şair, tərcüməçi "Qazax" Xeyriyyə İctimai Birliyinin Fəxri üzvü, “Vicdan susanda” romanı ilə milyonlarla azərbaycanlı və əcnəbi oxucunun qəlbini fəth etmiş Vidadi Babanlının ad günüydü...
"Qazax" Xeyriyyə İctimai Birliyinin nümayəndələri başda sədr İlham Pirməmmədov olmaqla hər il yanvar ayının 5-də Vidadi Babanlını ad günü münasibətilə evində ziyarət edir, onun ibrətamiz nəsihətlərini dinləyər, aşıqlar saz çalar, şairlər öz yaradıcılığından Vidadi Babanlıya söhbət açardılar. 2025-ci ilin 5 yanvarında son belə məclisdə onun 98 yaşı qeyd edildi, hər kəs 100-2 gözləyirdi. Səd heyif. 16 avqust, 2025-ci ildə Vidadi Babanlı vəfat etdi. Öz vəsiyyətinə uyğun olaraq Qazax rayonunun Birinci Şıxlı kənd qəbristanlığında, doğmalarının yanında torpağa tapşırıldı.
Dünənki ad gününü onu sevənlər, yaxınları qəbrini ziyarət etməklə keçirdilər. "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin qərarı ilə Vidadi Babanlının qəbirüstü abidəsi "Qazax" Xeyriyyə İctimai Birliyi tərəfindən hazırlanıbdır. Qəbirüstü abidənin hazırlanmasında öz dəstəyini əsirgəməyən İctimai Birliyin üzvləri Sübhan Bəkirova, Abbas Bayramova, Vüqar Kərimova, Xəyyam Sanıyevə, Natiq Məmmədova, Hamlet Nəbiyevə, Rafiq Şəmmədova və Süleyman Kələşova dərin təşəkkürür düşür..
Yeri gəlmişkən, "Qazax" Xeyriyyə İctimai Birliyinin tədbirlər planına uyğun olaraq 2027-ci ildə Vidadi Babanlının 100 illik yubileyi geniş şəkildə qeyd olunacaqdır.
Uca Allahdan Vidadi Babanlıya rəhmət diləyirik.
“Ədəbiyyat və incəsənət”
(06.01.2026)


