"HəmÜrək" xeyriyyə yarmarkası – “Yaşat”maq naminə!!! Featured

Dekabrın 26-da Hədəf STARS liseyində “HəmÜrək” xeyriyyə yarmarkası keçirilib. Hədəf Şirkətlər Qrupunun və YAŞAT Fondunun 5 ildir birgə icra etdiyi layihə çərçivəsində Hədəf liseyi balabilgələrinin müxtəlif dərslərdə, dərnəklərdə hazırladıqları əl işlərinin, rəsm əsərlərinin, milli şirniyyat çeşidlərinin   satışından əldə edilən maliyyə vəsaiti “Yaşat Fondu”na ianə edilir.

 

“Ədəbiyyat və incəsənət” portalına Hədəf-dən verilən məlumata görə, zəfərimizin 5 illiyinə təsadüf edən bu dəfəki yarmarkada Azərbaycanın müxtəlif bölgələrini, Turan  və digər dünya ölkələrini təqdim edən, ümumilikdə, 30 təqdimat zonası yaradılaraq,dünya xalqları,  onların mədəniyyəti, mətbəxi ilə bağlı təqdimatlar edilib. Stendlər   simvolik ölkənin bayrağı, milli geyimləri, mədəniyyət və milli mətbəx nümunələri ilə bəzədilib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə  həsr edilən tədbir dünya azərbaycanlılarının daimi birlik və həmrəyliyinin rəmzi olaraq “HəmÜrək” adlanır. 

Açılış tədbirində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq çıxış edərək Hədəf Şirkətlər Qrupunun fəaliyyəti, həyata keçirdiyi kollektiv sosial məsuliyyət konsepsiyası barədə məumat verib, Hədəf Liseyi və Kurslarında 38 şəhid övladının pulsuz təhsil aldığını diqqətə çatdırıb. "HəmÜrək" xeyriyyə yarmarkasının əhəmiyyətinə toxunan Şəmil Sadiq Vətən müharibəsindəki möhtəşəm Zəfərin xalqımızın birlik və həmrəyliyinin təntənəsi olduğunu vurğulayıb, qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir iştirakçılarını, Hədəf komandasını və şagirdləri, onların valideylərini  təbrik edib.

Bayram tədbirinin bədii hissəsində Azərbaycanın tanınmış  səhnə ustaları - Alim Qasımov, Fərqanə Qasımova, İlkin Əhmədov  Tofiq Hacıyev, Cavidan Fatihi və Xəzər qrupu rəngarəng proqramla çıxış edib, balabilgələrin hazırladıqları səhnəciklər, rəqs və ifalar, flaşmoblar təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.