İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Xalq şairi Qabil öz şeirləri ilə daim qəlblərdə yaşayacaq. Onun “Səhv düşəndə yerimiz” şeirini kim eşitməyib ki? Bu günsə onun barəsində deyil, oğlu Mahirbarəsində danıçacağıq. Çünki Mahirin doğum günüdür.
Mahir İmamverdiyev (Mahir Qabiloğlu) 4 dekabr 1966-cı ildə Bakı şəhərində anadan olub. Bakıdakı 190 saylı məktəbdə təhsil alıb. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Müxtəlif illərdə Azərbaycan Yazıçılar Birliyinin "Dədə Qorqud" ensiklopediyasında ədəbi işçi, AzTV-nin "Xəbərlər" redaksiyasında redaktor, "Space" televiziyasının "Hər gün" İnformasiya proqramında redaktor, baş redaktorun müavini, "Xalq qəzeti" qəzetinin Redaksiya Heyətinin üzvü, İnformasiya şöbəsinin müdiri vəzifələrində çalışıb.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər İttifaqının üzvüdür. Hazırda sərbəst yaradıcılıqla məşğuldur. "Modern.az" saytında və dövrü mətbuatda müəllif-yazar kimi bədii, publisistik yazıları və tərcümələri yayımlanıb.
Xalq şairi Qabilin 7 cildlik "Əsərlər" külliyyatının tərtibçisi, redaktoru və naşiridir.
Əsərləri
1. "Atam Qabilin qəribə əhvalatları"
2. "Ərmən-Şuşanikin sevgisi"
3. “Cəncəhim” (roman)
4. "Alim-Hakim" (miniatür kitab)
5. “Qurd yağı” (povest və hekayələr)
6. “Sandıq”
7. "Əlli yaşında mən..."
8. "İtbaşı" (roman) - 1-ci hissə - 2019
9. "İtbaşı" (roman) - 2-ci hissə - 2019
10. "İtbaşı" (roman) - 3-cü hissə - 2020
“Ədəbiyyat və incəsənət”
(04.12.2025)


