Azərbaycan Respublikasının xalq artisti Sabir Ələsgərovun anım günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sovetlər dönəmində televiziya diktorları ən məşhur adadmlar idilər. Azərbaycanda öz “Günün ekranı” və Moskvanın “Vremya” xəbərlər proqramları o qədər məşhur idi ki, onların aparıcıları az qala ulduz səviyyəsində idilər. “Günün ekranı” proqramının bir məşhur aparıcısı da Sabir Ələsgərov idi. Bir neçə gün bundan əvvəl onun doğum günüylə, indisə anım günüylə yazı paylaşmalı oluram. Tarixlər çox yaxındır.

 

Sabir Ələsgərov 27 oktyabr 1936-cı ildə Tbilisidə anadan olub. 1961-ci ildə Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyətə başlayan Sabir Ələsgərov 1966–1972-ci illərdə radionun, 1972–1990-cı illərdə isə televiziyanın baş diktoru olub.

1990–2006-cı illərdə televiziyanın diktorlar şöbəsinin müdiri vəzifəsində çalışıb. "Xəbərlər" informasiya proqramının, "Səadət", "Günün nəbzi", "Səfa" kimi verilişlərin aparıcısı olub.

Yaşlı nəsil gözəl xatırlayar, əksərən onun tərəf-müqabili Roza Cəlilova olurdu. Onlar xəbər proqramlarından başqa, Yeni il proqramlarını da birgə aparırdılar.

 

Mükafatları

 

1. "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı

2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

 

Sabir Ələsgərov 20 noyabr 2020-ci ildə vəfat edib. Allah rəhmət eləsin!

“Ədəbiyyat və incəsənət”

(20.11.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.