Zəfərin 5 illiyinə həsr olunmuş “Ən Böyük Hədiyyə” layihəsi təqdim edilib

 

“PASHA Malls” və “PASHA Real Estate Group” bu il Zəfər Gününü “YAŞAT” Fondu ilə birgə həyata keçirdiyi sosial layihə – “Zəfər Köşkü” ilə qeyd edir. 6 noyabrdan etibarən Crescent Mall, Gənclik Mall və Gəncə Mallda fəaliyyət göstərən bu xüsusi guşədə Zəfərimizin rəmzlərinə həsr olunmuş məhsullar artıq satışa çıxarılıb.

“Ədəbiyyat və incəsənət”  portalı ASAN-a istinadən xəbər verir ki, satışdan əldə olunan bütün gəlirlər isə "YAŞAT" Fonduna ianə ediləcək. Beləliklə, hər bir məhsul şəhid ailələri və qazilərimizə mənəvi dəstəyin, həmrəylik və minnətdarlığın simvoluna çevriləcək.

Bu təşəbbüs “Zəfər – qarşılığı olmayan ən böyük hədiyyəmizdir” mesajını paylaşaraq qəhrəmanlarımızın fədakarlığını ehtiramla yad edir və Zəfərimizin mənəvi dəyərini gələcək nəsillərə ötürməyi hədəfləyir.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.