Televiziya işinin gözəl bilicisi Featured

 

İnci Məmmədzadə, ”Ədəbiyyat və incəsənət”

 

Hazırda TV1 televiziyası ilk qədəmlərini atır, tezliklə ölkə teleməkanında xüsusi yerə çıxacağı isə təqdim etdikləri proqramların sanbalından aydın duyulur.

Bu gün telekanalın qurucusu, ölkədə televiziya işinin gözəl bilicisi kimi tanınan Faiq Hüsiyevin doğum günüdür.

 

Faiq Hüsiyev 7 noyabr 1970-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 30 saylı orta məktəbi bitirib. 1988–1990-cı illərdə hərbi xidmətdə olub. 1991–1997-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb.  1991-1993-cü illərdə “168 saat” qəzetində, 1993–1995-ci illərdə Azərbaycan Dövlət Televiziyasında müxbir işləyib. O illərin populayar “Gecə kanalı” proqramının həmmüəllifi kimi şöhrət tapıb.

1996-cı ildə Azərbaycan Dövlət Televiziyasının "Yurd" mübadilə proqramları Baş redaksiyasına redaktor vəzifəsinə təyin olunub.

 1997–1998-ci illərdə Televiziyanın "Ədəbiyyat və publisistika" redaksiyasında redaktor vəzifəsində, 1998–2005-ci illərdə "Beynəlxalq proqramlar" redaksiyasında böyük redaktor vəzifəsində çalışıb. 2006-cı ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Müəllif proqramları" departamentinin rəisi vəzifəsində işləyib. 2007–2009-cu illərdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "TV İnformasiya proqramları" studiyasınıdirektoru olub.

4 Noyabr2008-ci il tarixində "Azərbaycan Respublikasınıəməkdar jurnalisti" fəxri adı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini vəzifəsinə təyin edilib. 2015–2021-ci illər ərzində Televiziya və Radio Akademiyasının rektoru olub.

Hal hazırda Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Analitik qrupun rəhbəridir və dediyimiz kimi, TV1 televiziyası layihəsini də icra etməkdədir. Filologiya üzrə fəlsəfə doktorudur. Rus və alman dillərində sərbəst, ingilis dilində orta danışır. 300-ə yaxın televiziya verilişinin, 10-a yaxın sənədli filmin müəllifidir.

Bizimlə söhbətində Faiq Hüsiyev çağdaş dövrdə internetin televiziyaların auditoriyasına əsaslı şəkildə basqı etdiyi dövrdə öz inkişaf konsepsiyasından bəhs etdi, bildirdi ki, bu konsepsiyanı TV1 efirində tədricən tamaşaçılara çatdıracağıq.

Biz də portalımızın kollektivi adından Faiq müəllimi 55 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.