“ASAN xidmət" növbəti rəqəmsal oyun düşərgəsini reallaşdırır

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində “DIGIAGE - Bakı 2025” rəqəmsal oyun düşərgəsi keçiriləcək.

“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlimata görə, məqsəd peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyun hazırlamalarına şərait yaratmaq, layihələrini tanıtmaqdır. Eləcə də onların dünya bazarına çıxmaq istiqamətində  təcrübə əldə etmələrinə və yeni təşəbbüslərinə dəstək  əsas hədəflərdir. 

20 minə yaxın gəncin iştirakı ilə dünyada onuncu, ölkəmizdə isə üçüncü dəfədir təşkil olunacaq “DIGIAGE” düşərgəsi vasitəsilə oyun sektorunda inkişaf etmək istəyən fərdi iştirakçılara, komandalara, şirkətlərə mentorluq dəstəyi göstəriləcək və investisiya əsasında ekosistemi böyütmək imkanı təmin ediləcək.

Artıq 3-cü dəfədir keçirilən düşərgəyə 2023–2024-cü illərdə ümumilikdə 442 nəfər müraciət edib, onlardan 192 nəfər seçilərək iştirakçı olub.

“DIGIAGE - Bakı 2025”  düşərgəsində iştirak etmək istəyən şəxslər 24 oktyabr 2025-ci ilə tarixinədək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki: https://forms.gle/aVtVRL7Ah966Yrm18

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.