XI Bakı Beynəlxalq Kitab Sərgisi müəlliflərlə görüş və yaradıcı tədbirlərlə davam edir

   

4 oktyabr 2025-ci il tarixində XI Bakı Beynəlxalq Kitab Sərgisində F.Köçərli adına Respublika Uşaq  Kitabxanası interaktiv fəaliyyətlər və yazıçılarla görüşlərdə fəal iştirak edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan məlumat verilib.

 

Tədbirlər proqramına əsasən uşaqların maraq dairəsinə uyğun müxtəlif yaradıcı məşğələlər təşkil olunub. Uşaqlar plastilindən müxtəlif fiqurlar düzəldərək öz bacarıqlarını nümayiş etdiriblər və gildən hazırlanmış fiqurları rəngləyiblər. Bu prosesdə kitabxananın əməkdaşları uşaqlara dəstək verib.

Sərginin davamında  məşhur ingilis yazıçısı və illüstrator Corciya Binq ilə oxucular arasında görüş keçirilib. Yazıçı beynəlxalq bestseller olan Molli Mun seriyasından “Molli Munun Ağlagəlməz Hipnotizmi”, “Molli Mun Dünyanı Dondurur”, “Molli Munun Hipnotik Zaman Səyahəti”, “Molli Mun, Mikki Minus və Bilik Maşını”, “Molli Mun və Morfinq Sirri” kitabları barədə məlumat verib. C.Binq hər bir əsərinin uşaqların təxəyyülünü zənginləşdirəcəyini və onların maraq dairəsini genişləndirəcəyini vurğulayıb.

Kitabxananın stendini ziyarət edən Corciya Binq öz kitablarının nümayişindən məmnun qalıb və uşaqlara imzalı kitablar hədiyyə edib.

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.