İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan ədəbiyyatşünası, folklorşünas Qəzənfər Paşayevin məncə təqdimata ehtuyacı yoxdur. Onu az qala bütün ölkə tanıyır. Daha çox İraq-Türkman, yəni kərkük ədəbiyyatının görkəmli tədqiqatçısı kimi, sovetlər dönəmində yüz min tirajlarla çıxan “Altı il Dəcdə-Fərat sahillərində” bestsellerinin müəllifi kimi tanınır Qəzənfər müəllim. Amma həm də o, mərhum millət vəkilimiz, hamının sevimlisi Qənirə xanım Paşayevanın əmisi kimi tanınırdı. Ruhu şad olsun, Qənirə xanımın.
Bu gün Qəzənfər müəllimin 88 yaşı tamam olur.
O, 27 avqust 1937-ci ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində doğulub. 1962-ci ildə Bakıda Azərbaycan Dövlət Pedoqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. Üç ay kənd məktəbində müəllim işlədikdən sonra İraq Respublikasında tərcüməçi işləməyə göndərilib. Müxtəlif fasilələrlə üç dəfə İraqda tərcüməçi və ali təhsil aldığı institutda baş laborant, müəllim, dekan müavini, kafedra müdiri işləyib. 1990-cı ildən isə M. Rəsulzadə adına Bakı Dövlət Universitetində xarici dillər kafedrasının dosenti və kafedra müdiri işləməyə başlayıb.
"Kərkük bayatıları", "Arzu-Qənbər dastanı", "İraq kərkük atalar sözləri", "İraq kərkük bayatıları", "Kərkük tapmacaları", "Kərkük folklor antologiyası", "Nəsiminin İraq divanı", "İraq Türkmən folkloru", və b. kitabları nəşr edilmişdir. A. Dümanın "Qafqaz səfəri", "Necə yaşayasan yüzü haqlayasan" və b. kitabları Azərbaycan türkcəsinə çevirən Qəzənfər Paşayevə böyük uğur qazandıran "Altı il Dəclə və Fərat sahillərində" kitabı oxucular arasında əl-əl gəzib. Bu kitab Qəzənfər müəllimin bacarıqlı pedaqoq, zəhmətkeş alim olmaqla yanaşı şirin dilli bir publisist olduğunu da ortaya qoyub.
İraqdatərcüməçiişlədiyidönəmdə sayı təqribən 2,5 mln-a çatanazərbaycanlıların (İraqtürkmanları) dialektvə folklorununtoplanması və araşdırılması ilə məşğulolub. "Azərbaycan dilinin Kərkük dialekti" mövzusunda namizədlik, "İraq Türkmən folkloru" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.
Azərbaycan Pedaqoji Dillər İnstitutunda fəaliyyət göstərib, institututun ingilis dili fakültəsində dosent, dekan müavini, xarici dillər kafedrasının müdiri olub. ABŞ və İngiltərədə ixtisasartırma kurslarını bitirib.
Tərcümələri
- A. Dümanın "Qafqaz səfəri" (1985, H. Abbasovla birgə)
- S. Benetin "Necə yaşayasan, yüzü haqlayasan"
- A. Kristinin "Mavi qatarın sirri"
- Prof. İ. Pərsinacın "M. F. Axundovun kritikası"
Kitabları
1. Kərkük bayatıları (Rəsul Rza ilə birgə)
2. Arzu - Qəmbər dastanı
3. Kərkük mahnıları
4. Rusca - ərəbcə danışıq kitabı
5. İraq - Kərkük atalar sözləri
6. İngiltərə haqqında (ingiliscə)
7. Kərkük tapmacaları
8. İraq - Kərkük bayatıları
9. Altı il Dəcdə-Fərat sahillərində
10. Nəsiminin İraq Divanı
11. Kərkük folkloru antologiyası
12. İraq-Türkman folkloru
Mükafatları
1. İraq Respublikasının "Əməkdə şücaətə görə" medalına layiq görülüb
2. SSRİ Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib
3. SSRİ Nazirlər Sovetinin Xarici İqtisadi Əlaqələr Komitəsinin Fəxri fərmanı ilə təltif edilib
4. Xarici dillər kafedrasının müdiri işlədiyi M. F. Axundov adına Pedaqoji İnstitutun Fəxri diplomu ilə təltif edilib
5. Səudiyyə Ərəbistanının Mədəniyyət Nazirliyinin ödülünü alıb
6. Ədəbi fəaliyyətinə görə Beynəlxalq "Rəsul Rza" mükafatını alıb.
7. Türk Dil Qurumunun Fəxri diplomuna layiq görülüb
8. İraq və İraq-türkman Yazarlar Birliyinin Fəxri fərmanı ilə təltif edilib
“Ədəbiyyat və incəsənət”
(27.08.2025)