Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Son zamanlar ən çox rastlaşdığımız yazılı şuarlardan biri də budur: “bura zibil atanın...” Gəlin etiraf edək ki, elə ilk zibil atanlardan biri o sözü yazan adamlardır. Bir qrup adam da var ki, bu sözdən sonra acığa düşüb zibil atmağa başlayır. Və beləcə başlayır həmin ərazidə zibil qəbristanlığı yaranmağa. Bir tərəfdə inkişaf etməkdə olan mədəniyyət hadisələri, digər tərəfdə qalaq-qalaq, topa-topa zibil dağları.
Əsasəndə binaların və yaşayış sahələrinin ətrafında. Məhlələr əzələn və əbədən uşaqların oyun meydançası, qonşuların görüş yeri olub. İndi bu ərazilərin yaxınlığında zibil qəbristanlıqları yaranıb. Bura hər gün təzə meyitlər gətirirlər. Bir yanda xoş ətirli güllər, digər tərəfdə üfunət dolu torbalar. Əslində mədəniyyət və zibil təbii simbioz qismində bir-birinə sıx bağlıdırlar. Təxminən insan hər gün 1-1.5 kiloqram tullantının yaranmasına səbəb olur. Bunun aradan qaldırılma yollarından biri də zibilin utilizasiyasıdır.
Son zamanlar zibilliklərin həcmi daha da artaraq kütləvi hal alıb. Yollarda, meşələrdə, şəhər kənarlarında, kənd yollarında acınacaqlı vəziyyət müşahidə olunur. Hələ dolub-daşan zibil yeşiklərini demirəm. Hər kəsi demək olar ki, bu mövzu narahat etdiyi kimi hər kəs də bir cür narahat yaşayır. Bizi daha çox narahat edən, əslində yandıran, göynədən, ağrıdan məslələrdən biri də istirahət mərkəzlərində, meşələrdə, piknik edən kütlə psixologiyalı insanlardı. İstirahət yerinə çatandan geri dönənə qədər bütün qida tullantılarını əraziyə atır, hətta bununla da ürəkləri soyumur, uzaqdan zibil qutularını tuşlayıb atmağıda öyrənirlər. Sanki basketbol yarışıdı. Artıq bu anlayış yox vərdiş məsələsidi.
Zibil təbiət ekosistemində əsas da meşələrdə çox önəmli komponentdir. Bu zibillərin təsirindən təbiətdə hər gün nə qədər heyvan tələf olur. Düşünmürük ki, fauna, flora, təmiz hava, təmiz su canlı təbiət sayəsində yaşayır, nəfəs alır.
Təbiətin qorunmasını dəstəkləyən siyasətlər var, bu siyasət proqramları sayəsində Avropada qorunan meşələrin sahəsi son 10 ildə yarım milyon hektar artıb. Biz real baxasaq görərik ki, meşələr fabrikə bənzəyir. Meşələr həm də, iqtisadiyyatı dəstəkləyən qeyri iqtisadi sərvətdir. Həmçinin meşələrin digər sərvətlərdən fərqi ondadır ki, onlara doğma münasibət olanda yenidən böyüyür. İnsanın həyat tərzini və spesifik şüurunu mədəni mühit formalaşdırdığına görə zibili onun xüsusi məhsulu sayılılır. Beləliklədə bir mədəniyyətin zibil qismində tulladığı şeyi digər mədəniyyət yığır və yenidən istehsal edir. Cəmiyyətin elit təbəqəsi zibil istehsal etdiyi halda digər təbəqə isə bu zibildən kifayət qədər yararlı məhsul istehsal edir. Bu baxımdan da «mədəniyyətin güzgüsü» qismində zibilin kolliziyalarında insanların özünəməxsus həyatı və o cümlədən onların mədəniyyətə və zibilə mental münasibəti koloritli şəkildə özünü büruzə verir. Azərbaycan mentalında da zibil mədəniyyətin çöküntüsüdür. Biz ev zibilini küçəyə süpürüb atdıqda bu zibil hesab olunmur. Bu baxımdan da şəhərlərlə müqayisədə kəndlə daha mühafizəkardır bu məsələyə qarşı.
İnsan üçün təbiət həmişə mədəni missiyasının obyekti qismində təsəvvür olunur. Yeyib-içməyin qalıqları isə haraya gəldi atılır, süfrənin hüdudlarından kənarda yiyəsiz ərazi – mədəni yeyib-içməyin sahəsi başlayır. Əgər hər kəsdə yalnız evinin yox, bütün ətraf mühitin təmizliyi üçün cavabdehlik hissi olsaydı dünyamız cənnətə dönərdi.
Gəlin birlik olub həyətyanı ərazilərimizi “zibil qəbristanlığı” yox “təmizlik parkı” edək. Zibil qabları dolmamış xidmətə zəng edib məlumat verək. Zibili qutunun yanına yox, içinə ataq. Yediyimiz hər hansı bir şokaladın kağızını yerə yox zibil qutusuna daşıyaq.
Lakin hələlik bizim zibil qutularının ətrafı olimpiya kəndidir. Çempionlarımız isə hər gün zibil torbası ilə qutuya uzaqdan penaltı vururlar. Mənsə bu oyunun həm aktyoru, həm də tamaşaçısıyam.
“Ədəbiyyat və incəsənət”
(19.08.2025)