Əl-Cübeyldə yüksək vəzifədə olan yeganə azərbaycanlı həkim

 

Vüqar Süleymanov 1998-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Səudiyyə Ərəbistanına göndərilən ilk azərbaycanlı həkimlərdəndir. O, hal-hazırda Əl-Cübeyl şəhərindəki xəstəxanaların birində şöbə müdiri kimi çalışır və tibb sahəsindəki yüksək ixtisası, peşəkarlığı ilə seçilir.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, elmi fəaliyyətə xüsusi önəm verən həkim Vüqar Süleymanov 2002-ci ildə elmlər namizədi, 2017-ci ildə isə elmlər doktoru elmi dərəcəsi alıb. Soydaşımız Böyük Britaniya, Kanada, Fransa və ABŞ kimi ölkələrdə təhsil alıb, bu ölkələrin cərrahiyyə sahəsindəki təcrübələrinə yiyələnib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Səudiyyə Ərəbistanında azərbaycanlı həkim, tibb elmləri doktoru Vüqar Süleymanovla görüşüb,  Komitənin İctimai TV ilə ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramı üçün müsahibə alıblar.

“Vətən uzaqda deyil” proqramının soydaşımıza həsr olunmuş buraxılışını aşağıdakı linkə keçid edərək izləmək mümkündür:

https://www.youtube.com/watch?v=A8iznvnvSPA&t=843s

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.