Şəhid övladları Avstriyada yay düşərgəsində iştirak edirlər

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF), “Azərbaycan Hava Yolları” (AZAL) QSC və “Azərlotereya” ASC-nin tərəfdaşlığı ilə tələbə şəhid övladları üçün Avstriyanın Zalsburq və Vyana şəhərlərində keçirilən “Əmanətə Sədaqət” Yay Düşərgəsi davam etməkdədir.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 28 iyul – 2 avqust tarixlərində keçiriləcək düşərgədə yerli və xarici universitetlərdə təhsil alan və yüksək akademik göstəricilərə malik 22 şəhid övladı iştirak edir.

Düşərgənin ilk günündə Zalsburq Azərbaycan Evində açılış mərasimi keçirilib. Mərasimə Avstriya və Sloveniyada yaşayan Azərbaycan diasporunun fəal üzvləri, eləcə də Avstriyada fəaliyyət göstərən Türkiyə diasporunun nümayəndələri qatılıblar.

Düşərgə ərzində iştirakçılar karyera planlaması, şəxsi inkişaf, liderlik və motivasiya mövzularında peşəkar təlimlərə qatılacaq, Avstriyanın tarixi bölgələrinə səfərlər edəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.