KİTABLARIN DOSTU – onu hamı belə tanıyır Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət” 

 

Bəli, “Qanun” nəşriyyatının sahibi, kitabların dostu, əhalini maarifləndirmək yolunda minbir əziyyətə qatlaşan Şahbaz Xuduoğlunun bu gün doğum günüdür.

 

24 iyun 1968-ci ildə anadan olan Şahbaz bəy Natiq Səfərov ilə birlikdə 1992-ci ildə "Qanun" jurnalını yaradıb. Eyni vaxtda jurnalın redaksiyasının tərkibində "Qanun" nəşriyyatı da fəaliyyət göstərib. "Qanun" nəşriyyatı ayrıca təşkilat kimi 1995-ci il 6 oktyabr tarixində qeydiyyatdan keçib. Hər iki təşkilatın təsisçisidir.

 

"Qanun" jurnalı elmi hüquq jürnalıdır. Ayda bir dəfə nəşr edilir. "Qanun" Nəşriyyatı əvvəllər əsasən hüquq kitabları nəşr edirdi, 1995-ci ildən sonra bütün sahələrdə kitablar nəşr edir.  Bu gün ölkə kitab bazarında bu nəşriyyatın xüsusi çəkisi var. Yerli ədəbiyyatı ən çox bu nəşriyyat dərc edir. Əslində elə xarici ədəbiyyatı da.

Şahbaz bəy Xalq şairi Sabir Rüstəmxanlının qardaşıdır. Şahbaz bəy ölkənin başqa bir kitabçısı – “Ali və Nino” kitab mağazaları şəbəkəsinin direktoru Nigar xanım Köçərlinin isə həyat yoldaşıdır.

Amma düşünməyin ki, Şahbaz Xuduoğlu yalnız naşirdir. O, həm də ixtisaslaşmış tərcüməçidir.

 

Tərcümələri

 

- Sergey Dovlatovun "Əcnəbi qadın" romanı

- John Boyne'un "Zolaqlı Pijamalı Oğlan" romanı

 

Şahbaz bəy 23 noyabr 2015-ci ildə Dalğa Gənclər Təşkilatının "Rafiq Tağı mükafatı"na layiq görülüb. 2021-ci ildə Fransanın "İncəsənət və Ədəbiyyat" ordeninin (Ordre des Arts et des Lettres) "Cəngavər" rütbəsi ilə təltif edilib.

Doğum günün mübarək, Şahbaz bəy!

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.