Dünya Gənc Türk Yazarlar Birliyi (DGYTB) ilə Bakı Avrasiya Universiteti (BAU) arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu BAU-nun rektoru, Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov və DGYTB-nin başqanı, şair-publisist İntiqam Yaşar imzalayıblar.
"Ədəbiyyat və incəsənət" portalı xəbər verir ki, görüşdə universitetin elmi işlər üzrə prorektoru dosent Gülzar İbrahimova və Azərbaycan, Dünya ədəbiyyatı kafedrasının müdiri professor Elmira Məmmədova-Kekeç və DGYTB-nin başqan müavini, şair Ayşən Rəhim edib. Tərəflər birgə təşkil olunacaq konfranslar, seminarlar, nəşrlər və digər mədəni layihələr haqqında ətraflı fikir mübadiləsi aparıblar.
Söhbət zamanı imzalanmış sənədin gələcəkdə həyata keçiriləcək ortaq layihələr və ədəbi-elmi yönümlü əməkdaşlıqların əsasını qoyduğu vurğulanıb.
Əməkdaşlıq memorandumu iki qurum arasında ədəbi və elmi istiqamətdə daha sıx əlaqələrin qurulmasına, gənc yazarların dəstəklənməsinə və ortaq türkcədə ədəbi nümunələrin təşviqinə xidmət edəcək.
“Ədəbiyyat və incəsənət”
(21.06.2025)