Seyidovlar soyunun görkəmli nümayəndəsi – BU GÜN DOĞUM GÜNÜDÜR Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 Bu gün mükəmməl təhsil sistemini və şəxsiyyəti formalaşdıran tərbiyə üsullarını araşdıran ilk alim Fikrət Seyidovun doğum günüdür.

 

O, 1930-cu ilin 9 may tarixində Qazax qəzasının Aslanbəyli kəndində anadan olmuşdur. 1945-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin xarici dil (İngilis dili) fakültəsinə daxil olmuşdur. 1950-ci ildə universiteti fərqlənmə diplomi ilə bitirmişdir.

 

Universiteti bitirdikdən sonra Şamxor (Şəmkir) rayonuna təyinat verirlər. Lakin hərbi çağırışçı olduğundan və Bakıda qeydiyyata düşdüyündən geri qayıtmaq məcburiyyətində qalır və Bakının 193 saylı orta məktəbində müvəqqəti müəllim işləyir, sərasər 2 ay. Pedoqoji sahə üzrə Aspiranturanı bitirir. Sonralar 1960-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində işləməyə başlayır, ancaq bununla yanaşı, xeyli vaxt orta məktəbdə də çalışır...

 

Azərbaycan Dillər Universitetinin 2 illik xarici dillər kursunun ilk direktoru, İngilis dili fakültəsinin dekanı, Qori (Qazax) Müəllimlər Seminariyasını ardıcıl araşdıran və nailiyyət qazanan ilk alimdir. Xarici dil üzrə texniki vasitələrin tətbiqi sahəsində öncüllərdən biri, ingilis dili dərsliklərinin (5, 6, 7 və 8-ci siniflər üçün) müəlliflərindən biri olmuşdur. 

 

Kitabları

"Azərbaycan pedaqoji fikir tarixindən səhifələr"

"Aslanbəylidən başlanan xatirələr"

 

Bir çox dövlət mükafatlarına layiq görülmüşdür. Fikrət Seyidov Əhməd Seyidovun oğlu, Səməd Seyidovun əmisidir. Seyidovlar soyundandır.

2011-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(09.05.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.