Media könüllüləri ilə Azər Süleymanlı arasında şəbəkələşmə görüşü keçirilib Featured

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə mayın 2-də “Fairmont Baku” otelində İctimai Televiziyanın aparıcısı Azər Süleymanlı ilə media könüllülərinin şəbəkələşmə görüşü keçirilib.

 

Tədbir zamanı Azər Süleymanlı ilə könüllülər arasında səmimi diskussiya aparılıb, könüllülərin aparıcıya ünvanladıqları müxtəlif suallar cavablandırılıb. Görüş çərçivəsində könüllülər televiziya sahəsinə dair yeni biliklər və təcrübəyə əsaslanan dəyərli fikirlər əldə ediblər.

Görüşün sonunda Azər Süleymanlı könüllülərə gələcək uğurlar arzulayıb, onlarla xatirə şəkilləri çəkdirərək bu unudulmaz günü əbədiləşdirib.

 

“Ədəbiyyat və incəsənət”

(04.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.