“Maraqlı söhbətlər”də 11 yaşlı milyonçu Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

11 yaşlı amerikalı qız limonad resepti sayəsində milyonçu olur. Necə?

Mən ərz edim, siz qulaq asın.

 

ABŞ-lı məktəbli qız 11 yaşında öz limonad istehsalı işinin baş direktoru olur. Mikayla Ulmer hələ 2016-cı ildə pərakəndə satış şəbəkəsi ilə 11 milyon dollarlıq sərfəli müqavilə imzalayır. Biznes ideyası isə ona cəmi dörd yaşı olarkən gəlib. İndi Mikayla  biznesini uğurla davam etdirir .

Dörd yaşında olarkən Mikayla böyük nənəsindən (nənəsinin anası) hədiyyə olaraq 1940-cı illərin kulinariya kitabını alır. Qız kitabın içində kətan toxumundan hazırlanan limonad resepti tapır və onu hazırlayıb evin yanında satmaq qərarına gəlir. Düzdür, Mikayla orijinal reseptdən bir az kənara çıxır. O, şəkərin miqdarını azaldıb, əvəzin içkiyə bal əlavə edir. Baldan istifadə etməsi təsadüfü deyildi. Məsələ burasındadır ki, Mikaylanı uşaq vaxtı arılar sancır. Bundan sonra qızın anası ona bal arılarının faydalarından, eləcə də onların ekosistem üçün nə üçün vacib olduğunu daha ətraflı danışır. Bundan sonra Mikayla arıları qoruyaraq geniş yayılmasına və sahibkar olmaq qərarına gəlir.

Yeri gəlmişkən, Mikayla limonadının adını "Mən və arılar” adlandırıb. Qazancının bir hissəsini isə arıların xilası ilə məşğul olan təşkilatlara verir.

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.