Ülviyyə Əbülfəzqızı,
"Ədəbiyyat və İncəsənət" portalının Xüsusi Layihələr şöbəsi
Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 318 nömrəli tam orta məktəbdir.
DİREKTOR:
Əliqismət Xanlar oğlu Səfərov - 01.04.1963-cü il tarixdə Yardımlı rayonunda anadan olmuşdur. 1980-1984-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda riyaziyyat ixtisası üzrə təhsil almışdır.
1984-cü ildə Yardımlı rayonunda riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışdır.
1999-cu ildən Bakı şəhəri 24 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi, 2000-ci ildən həmin məktəbdə sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini - təşkilatçı kimi fəaliyyət göstərmişdir.
2007-ci ildən 2020-ci ilədək Bakı şəhəri 317 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışmışdır.
2020-ci ildən Bakı şəhəri 318 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışır.
ŞAGİRD:
Mən, Məmmədəliyeva Nuray Şahin qızı 318 nömrəli tam orta məktəbin 8 ç sinfində təhsil alıram. 2024-cü ildə inşa müsabiqələrində iştirak etmişəm, Ədəbiyyatı sevirəm.
2026-cı il mayın 15-də Kimya fənnindən RFM -də yarımfinal mərhələsindən keçmişəm.
2023-2026-cı illər ərzində Lütfizadə adına riyaziyyat məntiq olimpiyadasında iştirak etmişəm.
ESSE:
Mənim dünyam
Mənim dünyamın ən dəyərli sakinləri ailəm və yaxın dostlarımdır. Ailəmlə keçirdiyim hər an, dostlarmla etdiyim səmimi söhbətlər dünyamı daha da rəngli və mənalı edir. Çətinliklə qarşılaşanda məhz bu insanların mənə olan inamı sayəsəndə ayağa qalxmağı bacarıram.
Mənim dünyamın mühüm bir hissəsini də bilik, mütaliə və gələcək hədəflərim təşkil edir. Oxuduğum kitablar mənə yeni biliklər qazandırır, dünyagörüşümü genişləndirir.
Artıq gələcək peşə seçimi və həyatda tutacağım mövqe barədə daha ciddi düşünməyə başlayacağam. Qarşıma qoyduğum məqsədlərə çatmaq üçün daim çalışıram. Çalışıram ki, bu dünyaya daim saflıqla, elmlə və xeyirxahlıqla pay qatım. Mənə görə insanın, daxili dünyası ətrafındakı insanlara bəslədiyi hörmət və səmimiyyətlə gözəlləşir. İnsan böyüdükcə ətraf aləmi daha dərindən dərk edir və öz daxili dünyasını formalaşdırmağa başlayır. Mənim dünyam da düşüncələrim, xəyyalarım, dəyərlərim və gələcəyə dair ümidlərimlə zəngin olan bir məkandır. Artıq gələcəkdə kim olacağımı bilirəm: mən həkim olmaq istəyirəm. İnsanlara şəfa vermək, onların ağrı-acısını azaltmaq və sağlam həyata qovuşmasına kömək etmək mənim ən böyük arzumdur. Həkimlik sadəcə bir peşə deyil, həm də böyük məsuliyyət, mərhəmət və fədakarlıq tələb edən müqəddəs bir yoldur. Bu arzuma çatmaq üçün dərslərimə böyük həvəslə hazırlaşıram.
Bir sözlə, mənim dünyam mənim xarakterimin, biliklərimin mərhəmət hissimin aynasıdır. İnanıram ki, gələcəkdə yaxşı bir həkim olamqla həm öz dünyamı gözəlləşdirəcək, həm də cəmiyyətimizə böyük fayda verəcəyəm. Vətənə layiq vətəndaş olmaq özü bir xoşbəxtlikdir.
“Ədəbiyyat və incəsənət”
(23.11.2026)


