“Maraqlı söhbətlər”də Çin qarağatı necə kivi oldu Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Çox az adam bilir ki, 1960-cı illərə qədər indi hamımızın "kivi" kimi tanıdığımız bu meyənin adı fərqli olub. Vətəni Çin olan bu meyvə "Çin qarağatı" adlanırdı.  Çinin özündə isə buna "meymun şaftalısı" deyirdilər. Bu meyvənin “kivi” adı almasının isə maraqlı tarixçəsi var.

 

20-ci əsrin əvvəllərində bu meyvə Yeni Zelandiyaya gətirilir və fermerlər iri, şirəli meyvə yetişdirməyi öyrənib, onu ABŞ-da satmağa qərar verirlər. Lakin sonra bir problem yaranır. Həmin illərdə soyuq müharibə gedirdi və amerikalılar adında "Çin" sözü olan məhsullar almaqdan qəti şəkildə imtina edirdilər. Bu səbəbdən də bütün meyvələr mağazaların rəfində yığılıb qalırdı. Bunu görən Amerikalı iş adamı Frida Kaplan bu işi öz üzərinə götürərək, bu işi dahiyanə şəkildə həll edir.

O, məhsulun tam rebrendinqə (şirkətin və ya məhsulun adının, həmçinin vizual simvolunun (loqotipinin) yenilənməsi) ehtiyacı olduğunu başa düşür. Bu zaman fermerlər ona Yeni Zelandiyanın simvolu olan qəhvəyi  kivi quşunu xatırladırlar. Frida bu ideyanı mənimsəyərək meyvənin adını dəyişir və böyük bir reklam kampaniyasına başlayır. Meyvə dərhal dünya miqyasında hitə çevrilir və Frida isə  "Kivi kraliçası" ləqəbini alır.

Maraqlıdır ki, dünyaya belə bir meyvə adını bəxş edən və ondan milyonlarla dollar qazanan Fridanın özü isə bu meyvəni dada bilmədi. Çünki onun kiviyə qarşı dəhşətli bir allergiyası var idi.

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.