Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Norveçdə yerləşən Svalbard Qlobal Toxum Anbarında (Svalbard Global Seed Vault) 21 500 növə yaxın çətənə çeşidinin və toxumlarının saxlanılırdığını bilirdinizmi?
Çətənədən 1000-dən çox məhsul və hətta yanacaq hazırlana bilər. Düzgün saxlanılarsa, çətənə toxumu 30 ildən sonra da cücərərək məhsul verə bilər.
* Bir hektar çətənə 25 hektar meşə sahəsi qədər oksigen verir.
* Bir hektar çətənədən 4 hektar ağacdan alınan qədər kağız əldə etmək olar. Çətənədən kağız hazırlamaq hər il milyonlarla hektar meşə sahəsini xilas edə bilər.
* Çətənədən 8 dəfə kağız hazırlandəğı halda , ağacdan isə cəmi 3 dəfə kağız hazırlamaq olar.
* Çətənə 4 aya, ağac 20-50 ilə bitir.
* Çətənənin çiçəyi əsl radiasiya tələsidir.
* Çətənə dünyanın istənilən yerində yetişdirilə bilər və çox az suya ehtiyacı var.
Bundan əlavə, həşəratlara qarşı özünü qoruya bildiyi üçün aqrokimyəvi qulluğa ehtiyac duymur.
* Çətənə toxuculuqda geniş istifadə edilərsə, aqrokimya sənayesi tamamilə yox ola bilər.
* Çətənə kəndir, ip, çanta, ayaqqabı, papaq hazırlamaq üçün ideal bitkidir.
* QİÇS və xərçəngli xəstələrin müalicəsində çətənə ağrıların azalmasına səbəb olur.
Revmatizm, ürək xəstəlikləri, epilepsiya, astma, mədə xəstəlikləri, yuxusuzluq, psixi pozğunluqlar, onurğa xəstəlikləri və s. kimi 250 xəstəlikdə istifadə olunur.
* Çətənə toxumlarının zülal dəyəri çox yüksəkdir və tərkibində olan yağ turşusu təbiətin başqa heç bir yerində yoxdur.
* Çətənə istehsalı soyadan daha ucuzdur.
* Çətənə ilə qidalanan heyvanların hormon əvəzlənməsinə ehtiyacı yoxdur.
* Bütün plastik məhsullar çətənədən hazırlana bilər və çətənə plastikini isə yenidən təbiətə qaytarmaq olar.
* Əgər avtomobilin kuzovu çətənədən hazırlanırsa, o, poladdan 10 dəfə möhkəm olar.
* Binaların izolyasiyası üçün də istifadə oluna bilər, möhkəm, ucuz və elastikdir.
* Çətənədən hazırlanan sabun və kosmetika suyu çirkləndirmir, ona görə də ekoloji cəhətdən tam təmizdir.
“Ədəbiyyat və incəsənət”
(19.11.2026)


