Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bu manşetdə gördüyünüz fotodan sonra o, Türkiyədə çox məşhur olub. Onun adı Hikmət Qayadır. Türkiyədən olan bir meşəçi 40 ildə çılpaq təpələri gözəl bir meşəyə çevirib.
1978-ci ildə Hikmət Türkiyənin şimalındakı Boyabat rayonunun Meşə Təsərrüfatı İdarəsində şöbə müdiri olur. Və o, Sinop şəhəri yaxınlığındakı çılpaq torpağı yaşıl bir vahəya çevirmək qərarına gəlir. O vaxtdan bəri orada 30 milyona yaxın ağac əkilir. Hikmət oraya təkcə ixtisaslaşmış dəstələri deyil, həm də yerli sakinləri də cəlb edir.
2002-ci ildə Hikmət Kaya təqaüdə çıxsa da, fəaliyyətini dayandırmayır. İndi o, Türkiyədə demək olar ki, milli qəhrəmandır. Tez-tez televiziyaya dəvət olunur, qəzetlərə müsahibə verir. “Bu əraziləri meşələrə çevirmək mənim ən böyük qürur mənbəyim olub. Uzun illərdən sonra biz böyük dəyişikliklərə nail olduq və bu, çox gözəl hissdir”, o, jurnalistlərə etiraf edir.
Həqiqətən də Hikmətin fəxr olunası bir şey var. Əvvəllər faydasız və bitki və ağacı olmayan bu ərazi gözəl bir meşəyə çevrilib. İndi burada tülkülər, dovşanlar, çöl donuzları və deyilənə görə, hətta ayılar da yaşayır. Yerli sakinlər isə burada istirahət etməyi, təmiz havadan və sərinlikdən həzz almağı çox sevirlər.
“Ədəbiyyat və incəsənət”
(16.11.2026)


