Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Stalinin repressiyalarından danışarkən, çox vaxt bu represiyalarda bir məntiq axtarırıq - görünür, hər həbsin arxasında hətta saxta da olsa bir səbəb var. Lakin, məxfilikdən çıxarılmış arxivlər dəhşətli bir həqiqəti ortaya qoyur: bu repressiyalar insan talelərinin quru hesabatlara məruz qaldığı soyuq, bürokratik bir planın məhsulu idi. Məhz belə arxiv sənədlərinin birində o dövrün ən açıq və dəhşətli Böyük Terrorun mexanizmini ortaya qoyur.
1937-ci il oktyabrın 22-də Kirov Vilayət Partiya Komitəsinin katibi M.N. Rodinin rəsmi tələbi ilə bir sənəd İosif Stalinin masasına qoyulur. Burada yerli rəhbərlik Moskvadan repressiv tədbirlər üçün "limiti" (kvota) artırmağı xahiş edirdi: "birinci kateqoriya"ya (edam) daha 300 nəfər və "ikinci kateqoriya"ya (QULAQ düşərgələrində həbs) 1000 nəfər əlavə olunması istənilirdi. Stalinin bu sənədin kənarlarında qalın qırmızı karandaşla yazılmış cavabı tarixə insan həyatının heç bir dəyəri olmayan simvolu kimi daxil olur: "Birinci kateqoriyadakı insanların sayını 300 yox, 500, ikinci kateqoriyadakıların sayını isə 800 artırın."
Dövlət başçısına elə gəlir ki, yerli hakimiyyət orqanlarının kifayət qədər effektiv işləməyir və qələminin bir hərəkəti ilə daha 200 tamamilə təsadüfi və günahsız insanı ölümə məhkum etməklə, onları statistik hesabata çevirdi.
NKVD-nin 00447 nömrəli əmrinə əsasən, ölkə daxilində ciddi "planlaşdırma qaydaları" var idi. Regionlar "xalq düşmənləri", casuslar və təxribatçıların axtarışı üçün yuxarıdan tətbiq edilən kvotaları yerinə yetirməyə məcbur idilər. Lakin yerli NKVD şöbələrinin rəhbərləri rəqəmlərdən qorxmaq əvəzinə, bir-biri ilə rəqabət apararaq, sanki sosialist yarışına girmişdilər: onlar müntəzəm olaraq Kremlə kvotaların artırılmasını xahiş edən teleqramlar göndərirdilər. Bu, həmvətənlərinin həyatı hesabına başa gələn dəhşətli bir karyera yarışı idi.
Qərarlar isə şahidlər, vəkillər və ya apelyasiya hüququ olmadan bir neçə dəqiqə ərzində "üçlük" adlanan şəxslər tərəfindən qəbul edilirdi. İnsanlar sadəcə Moskvada təsdiqlənmiş bir planı yerinə yetirmək üçün həbs olunurdular.
22 oktyabr 1937-ci il tarixli sənədi həm də Stalinin terrorunun yalnız sui-qəsdçilərə, partiya elitasına və ya "casuslara" yönəldiyi mifi tamamilə rədd etdi. Çünki, adi kəndlilər, müəllimlər, mühəndislər və fəhlələr də bu repressiyanın qurbanları oldular.
Bu tarix, bürokratik maşının və bir nəfərin iradəsinin qanundan üstün olduğu və insan həyatının "birinci kateqoriya limitli" qrafına yerləşdirməklə bir dövlətin nə qədər təhlükəli ola biləcəyi bir xatırlamadır.
“Ədəbiyyat və incəsənət”
(11.11.2026)


