“Maraqlı söhbətlər”də karantinin tarixçəsi Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Dilimizdə işlətdiyimiz “karantin” sözü necə yaranıb və niyə 40 gün davam edir?

 

"Karantin" sözü italyanca "quarantana" (və ya quarantena) sözündən gəlir və mənası "qırx" (40 gün) deməkdir. Daha sonra bu anlayış fransız dilinə “quarantaine” (quarante və ya qırx sözündən götürülmüşdür) kimi daxil olur və oradan sonradan rus dili də daxil olmaqla bir çox başqa dillərə yayılır.

XIV əsrdə Avropa liman şəhərləri özlərini vəbadan qorumağa çalışırdılar. 1377-ci ildə  vəba  kimi təhlükəli yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün Venesiya limanlarına dənizdən gələn gəmilər, onların sərnişinləri və yükləri şəhərə buraxılmırdı. Yoluxmuş ərazilərdən gələnlər 30 gün təcrid olunmuş vəziyyətdə qalmalı idilər. Daha sonra isə bu müddət 40 günə qədər artırılır. Gəmilər dənizdə və ya sahilə yaxın xüsusi yerdə 40 gün saxlanılırdı ki, əgər göyərtədə hər hansı bir gizli xəstəlik varsa, bu müddət ərzində özünü büruzə versin.

Beləliklə, orta əsrlərdə vəbaya qarşı mübarizə bizə bu gün də istifadə etdiyimiz bir sözü hədiyyə edir.

 

“Ədəbiyyat və incəsənət”

(10.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.