“Maraqlı söhbətlər”də “Oskar” barədə faktlar Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Film sənətləri və Elmləri Akademiyasının təsis etdiyi “Oskar” mükafatı ilk dəfə 16 may 1929-cu ildə Hollivudun “Roosevelt” otelində təqdim olunub. Mükafar 1927-ci ildə “Metro Goldwyn-Mayer”in qurucusu Luis Mayer tərəfindən təsis olunub.

 

Maraqlıdır ki “Oskar” adını bu mükafata aktrisa Bette Davis verib. Heykəltəraş Corc Stenlinin yaratdığı fiqur onun əri Oskar Nelsona bənzədiyi üçün,aktrisa zarafatla heykəli “Oskar” adlandırdı və ilk dəfə rəsmi olaraq 1939-cu ildə keçirilən mərasimdə bu addan istifadə edildi.

Hazırda mükafat 24 kateqoriya üzrə verilir.

“Oskar” qalibləri Film Sənətləri və Elmlər Akademiyası üzvlərinin səsverməsi ilə müəyyən edilir. Bu heyət 17 qrupa bölünmüş 8 mindən çox sənətşünasdan ibarətdir.

Mükafat tarixində 3 film müxtəlif kateqoriyalar üzrə rekord sayda-11 mükafat alıb: “Ben-Hur”(1959),”Titanik”(1997) və “Üzüklərin kralı”(2003).

Alınan mükafatların və nominasiyaların sayına görə lider amerikalı animator,kinirejissor Uolt Disneydir. Onun 36 “Oskar”ı var.

“Oskar” heykəlciyi Çikaqoda düzəldilir. Dəyəri sadəcə 330 dollara bərabərdir. Mükafatı qazanan şəxslərin həmin heykəlciyi satması qadağandır. Mükafatı istəməyən,onu Akademiyanın özünə 1 dollar qarşılığında sataraq mükafatdan tamamilə imtina edə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.