“Maraqlı söhbətlər”də ərzaq kodlarının sirri Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Mağazalardan aldığımız yumurtaların bəzilərinin üzərində müxtəlif kodlar görürük. Bu dörd fərqli istehsalat kodları əslində həmin yumurtanı yumurtlayan toyuğun cinsi və keyfiyyətini izah edir. Yumurta üzərindəki bu kodlar rəqəmlər və hərflərdən ibarətdir. Ancaq bizi maraqlandıran hissə yalnız kodun ilk rəqəmidir. Bu rəqəmlər 0, 1, 2 və 3 şəklində dəyişir. Bəs bu görünən rəqəmlərin nə demək olduğunu bilirsinizmi?

 

Əgər aldIğınız yumurtanın üzərindəki kodun ilk rəqəmi 0 ilə başlayırsa,deməli,yaxşı seçim etmisiniz. Cünki,bu rəqəm toyuğun yetişdirilməsində heç bir kimyəvi məhsuldan istifadə edilməməsi və tamamilə təbii mühitdə bəslənməsini göstərir.

Üzərində 1 kodu olan yumurta isə 2-ci dərəcəli yumurta hesab olunur ki,mənası açıq havada,sərbəst şəkildə böyüyən toyuğun yumurtası deməkdir. Yəni toyuqların istədikləri kimi sərbəst gəzmək azadlığı var,lakin onun qidalanmasında hər hansı bir hormon və ya kimyəvi maddələrdən istifadə istisna deyil.

2 kodu olan yumurtalar fabrikdə yetişdirilən toyuqlara aiddir. Çox vaxt belə toyuqların bəslənilməsində hormonlar kimi zərərli maddələr,kimyəvi məhsullardan istifadə edilir.

3 nömrə koda sahib olan yumurtalar isə ən keyfiyyətsiz yumurta hesab olunur. Bu yumurtaların istehsalında sağlamlığa zərərli olan hormonal və kimyəvi yemlərdən istifadə edilir. Bunu isə yumurta istehsalını sürətləndirmək və kütləvi tələbatı tez bir zamanda təmin etmək üçün edirlər.

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.