Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
İnsan dərin kədər içində yalnız oturmuşdu. Bütün heyvanlar ona yaxınlaşıb dedilər: "Biz səni belə kədərli görməyi sevmirik. Bizdən ürəyindən nə keçirsə istə və istədiyinə sahib ol."
İnsan dedi: "Mən yaxşı görmə qabiliyyəti istəyirəm." Kərkəs cavab verdi: "Mənim kimigörəcəksən."
İnsan dedi: "Güclü olmaq istəyirəm." Yaquar cavab verdi: "Mənim kimi güclü olacaqsan."
İnsan dedi: "Mən dünyanın sirlərini bilmək istəyirəm." İlan cavab verdi: "Mən onları sənə göstərəcəyəm."
Və beləcə bu heyvanların hamısıyla təkrarlandı və insan onların verə biləcəyi bütün hədiyyələrə sahib olanda getdi. Sonra bayquş heyvanlara dedi: "İndi insan çox şey bilir və çox şeylər etməyə qadirdir. Mən artıq qorxuram."
Maral dedi: "İnsan istədiyi hər şeyə sahib oldu. İndi onun kədəri bitəcək."
Bayquş isə cavab verdi: "Mən insanın içində bir boşluq gördüm, onun heç vaxt hiss etməyəcəyi qədər dərin aclıq kimi. Bu onu həmişə kədərli və daim nəyəsə möhtac edir. O götürə-götürə gedəcək. Ta ki dünya ona "Mən artıq yoxam və sənə verəcək heç nəyim yoxdur" deyənə qədər.
"Apokalipsis" filmindən
“Ədəbiyyat və incəsənət”
(16.10.2026)


