Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Yəqin kiTofiq Tağızadənin 1970-ci ildə çəkdiyi məşhur “Yeddi oğul istərəm”filmini xatırlayırsınız. Bu film ölkədə o qədər məşhurlaşır ki,hətta o vaxtlar küçədə həmin aktyorlara rast gələn tamaşaçı aktyoru öz adı ilə yox,filmdə yaratdığı obrazın adı ilə çağırarmış.
Amma maraqlı burasındadır ki, filmdə sevilən aktyorlarla yanaşı,btamaşaçı qəzəbinə tuş gələn aktyorlar da vardı, onlardan biri də Kələntər rolunda çəkilmiş və Kələntərin “cəzasını” çəkən İsmayıl Osmanlı olur.
Aktyorun xatirəsindən:”Bir axşam tamaşadan sonra teatrdan çıxıb evə gedirdim. Avtobusa təzə qalxmışdım ki,bir neçə orta yaşlı qadın məni dövrəyə aldı. İlk sözləri:-Əlin qurusun!-oldu.
-Cəlalı Gəray bəyə necə satdın?-bir başqası həqarətlə söylədi.
Vəziyyətin nə yerdə olduğunu anladım. Artıq bir neçə dəfə oxşar hadisə ilə qarşılaşdığım üçün özümü təmkinli aparmağa,cavab verməməyə çalışdım.
-Niyə cavab vermirsən, ay kaftar? Necə qıydın gül kimi uşağa?
Vəziyyət get-gedə gərginləşir, başqa sərnişinlər də bu qadınlara havadar çıxırdılar. Hələ yoluma bir neçə dayanacaq qalsa da, avtobus dayanan kimi düşdüm.”
Xalq artisti, filmdə Şahsuvar rolunu yaratmış Rafiq Əzimovun dediyinə görə, bir dəfə teatrda olan zaman o, İsmayıl dayının öz qrim otağında bərk əsəbiləşdiyini, öz-özünə deyindiyini eşidir. Bunun səbəbini soruşanda məktubları ona göstərib deyir ki, mənim başıma gör nə oyun açıblar. Kələntər dayı obrazına görə tamaşaçılar, camaat mənə təhqir dolu məktublar yazırlar.
Cəlal rolunda çəkilmiş aktyor Ənvər Həsənov isə həmin məqamı belə xatırlayır:”İsmayıl dayı məni gördü. Ağlaya-ağlaya üstümə gəlib məni qucaqlayıb dedi: Ay Ənvər, sən məni öldürdün. Mən nə qələt elədim ki, o obrazı yaratdım. Mən tamaşaçıların əlindən küçəyə çıxa bilmirəm”.
Lakin sonralar hər şey unudulur. Zaman keçdikcə sənət aləmi və aktyorun özü də Kələntər obrazının kino tarixində özünəməxsus yeri olduğunu qəbul edir.
“Ədəbiyyat və incəsənət”
(15.10.2026)


