“Maraqlı söhbətlər”də palançının ölümünə sevinənlərə cavab Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Kəndin yaşlı palançı bir ustası dünyasını dəyişir. Bunu eşidən bütün eşşəklər sevinərəkkənd meydanına toplaşırlar. Öz hisslərini saxlaya bilməyən eşşəklərsevindiklərindən atılıb-düşərəkoynamağa başlayırlar.

Yaşlı, xəstə bir eşşək isə kənarda dayanıb səssizcə onları müşahidə edirmiş. Sevinən eşşəklər onun yanina gəlib deyirlər:

- Xəbərin yoxdur deyəsən, palançımız öldü.

- Nə olsun ki, öldü?

- Artıq biz azad olacağıq, belimiz yara olmayacaq.

- O necə azadlıqdır elə?

-Palançı olmayanda artıq kürəyimizə yük vurulmayacaq, çöldə-yamacda istədiyimiz kimi gəzib otlayacağiq.

Qoca eşşək gülür:

- Kül ağlınıza, - deyir- bu gün sevinclə öz hislərinizi coşquyla ifadə etməkdənsə, əslində yas saxlamalısınız. Bu ölən palançı usta pis-yaxşı belimizin ölçüsünü bilirdi, bizi narahat etməyəcək palan düzəltməyə çalışırdı. Sabah-birigün ya naşı bir palançı gətirərlər və ya da fabrik istehsalı olan palan. Ona görə də kürəyiniz yaradan xilas olmayacaq, daha betəri baş verəcək. Yaxşısı budur ki, siz palançıdan deyil, eşşəklikdən xilas olmağın yollarını tapın. Eşşək qaldıqca, necə olursa olsun, kürəyinizə palan qoyulan tapılacaq.

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.