İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Kate Winslet (Keyt Uinslet) İngiltərənin ən tanınmış və nüfuzlu aktrisalarından biridir. O, xüsusilə mürəkkəb xarakterli, emosional və güclü qadın obrazlarını canlandırması ilə seçilir. Dünya şöhrətinə isə 1997-ci ildə çəkilən “Titanik” (Titanic) filmi ilə qovuşub. Və o, “Titanik”lə birgə batmayıb, ondan sonra bir çox yassaqalan obrazlarla daim gündəmdə qalıb.
KeytUinslet5 oktyabr 1965ciildə anadanolub, aktyorailəsində böyüyüb. Atası Rocer Uinslet, anası Salli Uinslet teatr sahəsində çalışıb. Keyt hələ uşaq yaşlarından səhnəyə maraq göstərib və Redroofs Theatre School teatr məktəbində təhsil alıb. Onun ekran debütü 1991-ci ildə, 15 yaşında, Britaniyanın “Dark Season” televiziya serialında olub. 1994-cü ildə isə “Heavenly Creatures” filmi ilə kino debütünü edib.
1997-ci ildə rejissor Ceyms Kemeronun “Titanik” filmində Rouz DeVitt Bukater obrazını canlandırması onun karyerasında böyük dönüş yaratdı. Filmdə onun tərəf müqabili Leonardo DiKaprio idi. Rouz obrazı sayəsində Keyt Uinslet bütün dünyada tanınıb və həmin rol ona Ən yaxşı qadın rolu nominasiyasında ilk Oskar namizədliyini qazandırdı. O zaman Uinslet cəmi 22 yaşında olub
Keyt Uinsletin məşhur filmləri arasında bunlar xüsusən seçilir:
“Heavenly Creatures” — “Səmavi məxluqlar” (1994)
“Sense and Sensibility” — “Ağıl və hiss” (1995)
“Jude” — “Yud” (1996)
“Hamlet” — “Hamlet” (1996)
“Titanic” — “Titanik” (1997)
“Quills” — “Lələklər” (2000)
“Iris” — “İris” (2001)
“Eternal Sunshine of the Spotless Mind” — “Ləkəsiz şüurun əbədi günəşi” (2004)
“Finding Neverland” — “Heç vaxt torpağı tapmaq” / “Neverlandın axtarışında” (2004)
“Little Children” — “Balaca uşaqlar” (2006)
“The Holiday” — “Tətil” (2006)
“Revolutionary Road” — “İnqilabi yol” (2008)
“The Reader” — “Oxucu” (2008)
“Steve Jobs” — “Stiv Cobs” (2015)
“Ammonite” — “Ammonit” (2020)
“Lee” — “Li” (2023)
2008-ci ildə çəkilən “The Reader” filmində Keyt Uinslet Hanna Şmits obrazını canlandırıb. Bu rol onun karyerasının ən mühüm uğurlarından biri olub və 2009-cu ildə ona Ən yaxşı qadın rolu üzrə Akademiya mükafatı (Oskar) qazandırıb.
Uinslet yalnız kino ilə məhdudlaşmayıb. O, “Mildred Pierce” və “Mare of Easttown” seriallarındakı rollarına görə iki dəfə Primetime Emmy mükafatı qazanıb. Həmçinin 5 BAFTA, 5 Qızıl Qlobus və bir Grammy mükafatının sahibidir. 2012-ci ildə Britaniya incəsənətinə xidmətlərinə görə ona CBE — Britaniya İmperiyası Ordeninin Komandoru fəxri adı verilib.
Keyt Uinslet “Titanik”dən sonra yalnız böyük kommersiya filmlərində oynamaqla kifayətlənməyib. O, daha mürəkkəb və ciddi rollara üstünlük verərək “Eternal Sunshine of the Spotless Mind”, “Little Children”, “Revolutionary Road”, “The Reader” kimi filmlərdə fərqli obrazlar yaradıb. Bu seçim onun yalnız “Titanik”in Rouzu kimi deyil, ciddi dramatik aktrisa kimi də tanınmasına kömək edib.
Keyt Uinslet bu gün də müasir Britaniya kinosunun ən məşhur aktrisalarından biri hesab olunur. Onun yaradıcılığının əsas xüsusiyyəti obrazların zahiri görünüşündən daha çox daxili dünyasını, ziddiyyətlərini və emosional tərəflərini ön plana çıxarmasıdır.
“Ədəbiyyat və incəsənət”
(05.10.2026)


