“Maraqlı söhbətlər”də Franklinin 10 qızılı Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bir gənc Amerikanın məşhur alim və dövlət xadimi Benjamin Franklinə məktub yazır. O, bu məktubla Franklindən ölkəsinə qayıtmaq üçün bir qədər borc istəyir. Franklin isə bu məktuba belə bir məktubla cavab verir: "Salam! 15 sentyabr tarixli məktubunuzu aldım. Vəziyyətinizlə tanış olduqdan sonra olduqca kədərləndim. Buna görə də, sizə on qızıllıq bir çek göndərirəm. Ancaq unutmayın ki, bu yardım yox, borcdur. İnanıram ki, ölkənizə qayıdan kimi bir iş tapacaq və ən yaxın bir vaxtda borcunuzu ödəyəcəksiniz. Ancaq bu borcu mənə yox, orada sizin vəziyyətdə olan başqa bir adama ödəyin. Beləliklə, həm mənim borcumu ödəmiş olar, həm də ona kömək etmiş olarsınız. Ancaq sizdən bir xahişim var. Borc verdiyiniz adama deyin ki, qoy o da borcunu eyni vəziyyətdə olan başqa bir adama versin. Və bu şəkildə bizim on qızılımız pis bir adamın əlinə keçənə qədər bir neçə adama kömək etsin. Vəziyyətinizin ən yaxın bir vaxtda yaxşılaşmasını arzu edir və bununla da məktubumu sona çatdırıram."

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.