“Maraqlı söhbətlər”də bir məktub Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Övlad ana borcundan necə çıxır? Çıxırmı? Ana övladdan nə istəyir, nə arzulayır?

Bu kimi suallara cavab tapmaq üçün bir ana məktubuna göz yetrimək yetərlidir məncə.

 

Bir ananın oğluna məktubundan:

“Məni gəzməyə apar oğlum, hələ də güclü ayaqlarım var. Səninlə bir yerdə gəzmək üçün heç vaxt özümü çox yaşlı hiss etməyəcəm...

Məni evinə dəvət et oğlum, heç olmasa bazar günləri. Nahar və ya şam yeməyinə. Yanında olmaq və özümü tox hiss etmək üçün...

Mənimlə mehribancasına danış, oğlum. Həmişə məni danlama, əsəbiləşmə. Biz qocalar nəvazişi, gülümsəməyi, qucaqlamağı sevən uşaqlar kimiyik...

İl dönümümü qeyd elə, amma "axmaqlığımı" tənqid etmə. Mən güclü olmağa və bütün ağrılarla qarşı tab gətirməyə çalışacağam...

Məni həyatından çıxarma, mənimlə hirslə danışma. Hələ də fikirlərim aydın, keçmişlə bağlı xatirələrim var...

Hərdən evimə gəl oğlum. Səndən heç nə istəmirəm. Ömrüm boyu sənə sevgi ilə baxmağım üçün sadəcə, varlığını və üzünü görmək üçün.

Məni kədərli və tənha qoyma.  Demə ki, yorulmusan, get yat. Həkimlər səhv edir oğlum, mən xəstə deyiləm. Ağrı qəlbdədir...”

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.