İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Zahari Levi (Zachary Levi) sizcə niyə bu qədər sevilir?
Deyimmi?
İşgüzarlığına, kreativliyinə, bir dəə cəsarətinə görə.
İnsan böyük hədəflər götürür və ildırım sürəti ilə o hədəflərə çatır.
Zahari Levi - tam adı Zachary Levi Pugh — yəhudi əsilli amerikalı aktyor, müğənni, prodüser və rejissordur. O, xüsusilə “Chuck” serialındakı Çak Bartovski və “Shazam!” filmindəki superqəhrəman Şazam obrazları ilə məşhurlaşıb.
29 sentyabr 1980-ci ildə doğulub, bu gün özünün 46 yaşını qeyd edir.
Zachary Levi uşaqlıqdan səhnə sənətinə maraq göstərib. Onun aktyorluq, mahnı oxuma və rəqsə marağı 6 yaşında başlayıb. Məktəb və yerli teatr tamaşalarında çıxış edib. Daha sonra Kaliforniyada təhsil alaraq aktyorluq karyerasını davam etdirmək üçün Los-Ancelesə gedib
İlk dövrlərdə əsasən televiziya layihələrində kiçik rollar alıb. “Less Than Perfect” serialında Kipp Steadman obrazını canlandırması onun tanınmasına kömək edib. Levinin karyerasında ən mühüm dönüş nöqtələrindən biri “Chuck” serialı olub. Serial 2007–2012-ci illərdə yayımlanıb və Levi burada Chuck Bartowski obrazını oynayıb.
Chuck Bartowski adi kompüter mütəxəssisi olsa da, beyninə ABŞ hökumətinin məxfi məlumat bazası yükləndikdən sonra casusluq dünyasının içinə düşür. Serial komediya, aksiya, casusluq və romantikanı birləşdirib. Bu obraz Levi üçün böyük populyarlıq qazandırdı və onu televiziya tamaşaçılarına tanıdıb.
2010-cu ildə Levi Disneyin məşhur animasiya filmi “Tangled” filmində səs aktyoru kimi çıxış edib. O, filmdə Flynn Rider (Eugene Fitzherbert) obrazını səsləndirib.
Tangled — “Rapunzel”
Film Rapunzel adlı uzun saçlı gənc qızın macəralarından bəhs edir. Flynn Rider isə onun həyatına gözlənilmədən daxil olan oğru və macəraçıdır.
Bu rol Levi-nin yalnız canlı çəkilişlərdə deyil, animasiya sahəsində də uğurlu olduğunu göstərdi
Levi Marvel Kinematoqrafiya
Kainatında da Fandral obrazını canlandırıb.
Thor: The Dark World (2013) — Tor: Qaranlıq dünya
Thor: Ragnarok (2017) — Tor: Raqnarök
Fandral Asqardın döyüşçülərindən biri və Torun yaxın silahdaşlarından biridir.
“Shazam!” — ən böyük kino rollarından biri
2019-cu ildə Zachary Levi karyerasının ən məşhur obrazlarından birini — Shazamı canlandırıb.
Shazam! (2019) — “Şazam!”
Filmdə yeniyetmə Billy Batson sehrli söz vasitəsilə yetkin superqəhrəmana çevrilir və həmin formada Zachary Levi tərəfindən canlandırılıb. Filmin maraqlı tərəfi Şazamın nəhəng güclərə sahib olmasına baxmayaraq, daxilən hələ də yeniyetmə olmasıdır. Levi də bu obrazda superqəhrəman janrını komediya elementləri ilə birləşdirib.
Levinin ən mühüm televiziya layihələrindən bəziləri:
Less Than Perfect — Mükəmməllikdən aşağı
Chuck — Çak
Telenovela
Heroes Reborn — Qəhrəmanlar: Yenidən doğuluş
Alias Grace — Alias Qreys
The Marvelous Mrs. Maisel — Möhtəşəm xanım Meyzel
Rapunzel's Tangled Adventure — Rapunzelin macəraları.
“Ədəbiyyat və incəsənət”
(29.09.2026)


